ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Xeyirxahlıq ənənəsi.

Yaxınlaşmaqda olan Yeni il bayramı ilə bağlı MTK-da xoş, xeyirxah ənənələr davam etməkdədir


Kollecin müəllim və tələbə heyəti hər il bayram ərəfəsində Uşaq Nevroloji Dispanserində müalicə olunan kimsəsiz uşaqlara baş çəkir, onları bayram hədiyyələri ilə sevindirirlər. Bu il bu ənənəyə sadiq qalan MTK kollektivi dekabrın 28-də dispanserdə növbəti xeyriyyə tədbirini həyata keçirdi. Kollecin müəllimləri Ceyhun Dərişov, Novruz Həmidov, Tələbə gənclər təşkilatının fəal üzvləri Aşur, Ülviyyə, Sevinc kimsəsiz uşaqların qonağı oldular. Uşaqlara bayram tortları təqdim olundu, müxtəlif hədiyyələr paylandı. Şaxta baba və Qar qız öz təbrikləri, maraqlı söhbətləri ilə əsl bayram əhval-ruhiyyəsi yaratdılar. Musiqi səsləndirildi. Kollecin nümayəndələri uşaqlarla rəqs etdilər onlara xoş anlar yaşatmağa çalışdılar. 

     Xeyriyyə tədbiri əsl bayram ovqatı şəraitində davam etdi. Uşaqlar üçün uzun müddət unutmayacaqları bayram şənliyinə çevrildi. 


 
Əlavə edilmə tarixi: 31.12.2016   |   Baxılma sayı: 508

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.

Turizm fənləri üzrə elmi-nəzəri konfrans

Mingəçevir Turizm Kolleci: Maraqlı istirahət
Hər il olduğu kimi, bu il də 2015/16- cı tədris ilini müvəffəqiyyətlə başa vuran Mingəçevir Turizm Kollecinin bütün kollektivi 1 günlük Şəki rayon “Narın Qala” isatirahət mərkəzində 20 iyul 2016-cı il tarixdə istirahətdə olmuşlar

Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.

Xanım Məmmədova f.e.n. Mingəçevir Turizm Kollecinin “Dillər” fənn komissiyasının sədri

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci