ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi

Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.


Kollecdə müntəzəm olaraq keçirilən elmi-nəzəri konfranslarda turizm sferasının ayrı-ayrı istiqamətləri üzrə maraqlı mövzular müzakirəyə çıxarılır.Bu səpkidə növbəti yığınacaq noyabr ayının 29-da baş tutdu.Kollecdə “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi.Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru professor Əyyub Əyyubov turizm fənn müəllimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirdi.Turizmin ölkə iqtisadiyyatının prespektivli sahəsi olduğunu qeyd etdi.Bu sahədə araşdırılmalı çoxlu aktual mövzunun olduğunu bildirdi və müəllimləri bu maraqlı məsələlərə diqqət göstərməyə çağırdı.Konfransda müəllimlərdən Aynurə Abbasova, Aydın Rəhimov, Elşad Səmədov, İqbal Xuduyev, Bəhruz Kərimov və Vüqar Nağıyev müvafiq olaraq “Bakı-Xaçmaz turizm marşrutu”, “Bakı-Astara turizm marşrutu”, “Bakı-Balakən turizm marşrutu”, “Bakı-Qazax turizm marşrutu”, “Bakı-Abşeron yarımadası-Qobustan turizm marşrutu” və “Bakı-Naxçıvan,Bakı-Şuşa turizm marşrutu” mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər.

     Konfransın yekununda çıxış edən kollecin direktoru professor Əyyub Əyyubov çıxışçı müəllimlərə təşəkkürünü çatdırdı.Digər ixtisas fənlərini tədris  edən müəllimləri də bu təşəbbüsə qoşulmağa və elmi konfranslarda fəal iştirak etməyə dəvət etdi. 


 
Əlavə edilmə tarixi: 30.11.2016   |   Baxılma sayı: 823

                                

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci