ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm KollecindəMilli dirçəliş günü qeyd edildi

Azərbaycan xalqının müstəqilliyə qovuşması və müasir dövlətimizin qurulması asan başa gəlməmiş, gərgin mübarizələr nəticəsində mümkün olmuşdur. Milli azadlıq hərakatımızın ilk mərhələsi 1988-ci ilin 17 noyabr günü başlamış və tarixə Dirçəliş hərəkatı adı ilə daxil olmuşdur. Tariximizin digər əlamətdar günləri kimi 17 noyabr Milli Dirçəliş Günü də Mingəçevir Turizm Kollecinin kollektivi tərəfindən xüsusi sayğı və ehtiramla qeyd olunur.


. Hələ bir müddət əvvəl Milli Dirçəliş Gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq rəngarəng müsabiqələrə  və  silsilə toplantılara start verilmişdir. Kollecin tələbələri fəal şəkildə bu tarixi günə həsr olunmuş inşa yazılar və  şeir müsabiqələrinə qoşulmuşdular. İstedadlı  tələbələrin əl işləri və qrupların hazırladıqları  divar qəzetləri stendlərdə nümayiş olunurdu. Müxtəlif qrupları təmsil edən tələbələr arasında diskussiyalar və  futbol yarışı təşkil edilmişdir.

 Noyabrın 17- də  isə  silsilə tədbirlərin yekunu olaraq kollecin H. Əliyev  ideoloji kabinetində” Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” mövzusunda elmi- nəzəri  konfrans keçirildi. Tədbiri açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycanının müstəqillik yolunda keşməkeşli mübarizə tarixi haqqında məlumat verdi. Azərbaycanda bu hadisələrin milli azadlıq hərəkatı kimi qiymətləndirildiyini və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayıldığını bildirdi. Həmçinin 17 noyabr Milli Dirçəliş Gününün həm də  ümumilli  birliyimizin rəmzi kimi yaddaşlarımızda  xüsusi yer tutduğunu qeyd etdi. Konfransda kollecin müəllimləri  Xəyalə Abbasova, İbrahim Əyyubov, Aygün Əzizova, Əşrəf Əsgərov, Elmira Rəhimova və Nurlana Mustafayeva “Azərbaycanda  milli azadlıq hərəkatı”, “17 noyabr milli dirçəliş və milli oyanış günümüzdür”, “17 Noyabr Milli Dirçəliş Günü- xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindəndir”, “İmperiya buxovundan qurtaran müstəqil Azərbaycan uğurlu inkişaf yolundadır”,“17 Noyabr  bizim milli oyanıqlığımızın ilk təzahürüdür” və “Həqiqi liderlə xalqın birliyi “ mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər.

   Toplantının bədii hissəsində isə  öz fəaliyyət qrupu üzvlərinin  ifasında maraqlı ədəbi bədii  kompozisiya  iştirakçılara təqdim olundu.


 
Əlavə edilmə tarixi: 17.11.2016   |   Baxılma sayı: 512

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.

Mingəçevir Turizm Kolleci: Maraqlı istirahət
Hər il olduğu kimi, bu il də 2015/16- cı tədris ilini müvəffəqiyyətlə başa vuran Mingəçevir Turizm Kollecinin bütün kollektivi 1 günlük Şəki rayon “Narın Qala” isatirahət mərkəzində 20 iyul 2016-cı il tarixdə istirahətdə olmuşlar

Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.

Xanım Məmmədova f.e.n. Mingəçevir Turizm Kollecinin “Dillər” fənn komissiyasının sədri

Mingəçevir Turizm Kollecində 28 may “Respublika günü” qeyd edildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci