ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Konstitusiya Günü münasibətilə geniş tərkibli elmi-nəzəri konfrans və digər silsilə bayram tədbirlər keçirilib

İnşa, rəsm müsabiqələri, dəyirmi masa ətrafı müzakirələr və ixtisas divar qəzetlərinin xüsusi buraxılışları ilə Konstitusiya Gününü şərəfləndirən çoxminli kollektiv “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” adlı elmi-nəzəri konfransla tədbirlər silsiləsinin zirvə nöqtəsinə yetişdi. Konfrans Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə iştirakı ilə gerçəkləşdi.


Öncə bayram tədbiri iştirakçıları Konstitusiya Gününə həsr olunmuş əl işləri və rəsm sərgisinə baxış keçirdi. Eyni zamanda xüsusi monitor vasitəsilə Milli Konstitusiya tarixinə dair  video çarx nümayiş olundu və bundan sonra  elmi-nəzəri konfrans öz işinə başladı.

    Konfransı açıq elan edən Mingəçevir  Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor  Əyyub Əyyubov müstəqil Azərbaycan Respublikasının indiki qüdrətli günlərə yetişməsində  vaxtilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə  ərsəyə gəlmiş Azərbaycan Respublikası Konstitusiyasının böyük  rolu olduğunu bildirdi.

    “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır”  adlı məruzə ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar  məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi, pedoqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev  bu kimi önəmli tədbirlərin təşkilində daima fəallıq nümayiş etdirən kollec kollektivinə şəhər rəhbərliyi adından təşəkkür etdi.

    Bundan sonra kollec Həmkarlar  İttifaqı Komitəsi sədri, iqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov, pedoqoqlar Sevda Kərimova, Jalə Məmmədova və Nərgiz Əliyeva müvafiq olaraq  “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası  Konstitusiyasının müəllifidir”, “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində  Konstitusiyanın rolu”, “Referendum yolu ilə Konstitusiyaya edilmiş  əlavə  və  dəyişikliklər xalqımızın mənafeyinə xidmət edir” və “ Azərbaycan Respublikasının  inkişafında Konstitusiyanın həlledici mahiyyəti” mövzularında məzmunlu məruzələr səsləndirdi.

    Tədbir həm də mükafatlandırma anları ilə əlamətdar oldu.  Belə ki, Milli Konstitusiya Günü münasibətilə həyata keçirilmiş inşa və rəsm müsabiqəsi qaliblərinə fəxri diplomlar təqdim olundu.

     Konfrans tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın  nümayişi ilə başa çatdı.


 
Əlavə edilmə tarixi: 14.11.2016   |   Baxılma sayı: 488

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci