ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Dayan! Dünya Bizim Evimizdir!

01 noyabr 2016 - cı il tarixdə Mingəçevir Turizm Kollecində Heydər Əliyev adına İdeoloji mərkəzində “Dayan! Dünya Bizim Evimizdir! ” mövzusunda tələbələrin elmi-nəzəri konfransı keçirildi.


Dayan! Dünya Bizim Evimizdir! 

  01 noyabr  2016 - cı  il  tarixdə  Mingəçevir  Turizm  Kollecində  Heydər  Əliyev  adına  İdeoloji  mərkəzində  “Dayan! Dünya   Bizim  Evimizdir! ”  mövzusunda  tələbələrin  elmi-nəzəri  konfransı  keçirildi.

   Konfransı  kollecin direktoru cənab prof. Ə. A. Əyyubov açdı. O, öz çıxışında bu cür elmi-nəzəri konfransların təşkil olunmasının əhəmiyyətindən danışdı,  tələbə- gənclərin elmi bilikləri ilə yanaşı, dünyagörüşlərinin də inkişaf  etməsində böyük rolu olduğunu vurğuladı. Xüsusilə də bu cür  qlobal-həyati  məzmun daşıyan,  bütün  dünya  gündəmini zəbt  edən  məsələlərin  müzakirəsinə  gələcəkdə də diqqət  yetirilməsinin  vacib  olduğunu  qeyd   etdi.  Daha  sonra  kollecin  MTİ-2  qrupunun  tələbələri  Həşimov  Aşur  “Azərbaycanda  Ekologiya  ilə  bağlı  görülən  işlər  və  layihələr” ,  Daşdəmirova  Sevinc  “Azərbaycanda  ekoloji  problemlər”,  Ələkbərova  Yeganə  “Neftin  və  enerjinin  müsbət  və  mənfi  cəhətləri”,Məmmədova Kəmalə "Azərbaycanda olan gözəl güşələrin ekalogiyaların qorunması"  TMT28  qrupunun  tələbəsi, Quliyeva  Ülviyyə  “ Qırmızı  kitaba  düşmüş  bitkilər  və  heyvanlar”  mövzularında MTİ-2  qrupunun  tələbəsi ,  MTİ-1  qrupunun  tələbəsi  Cabbarov  Sadiq  isə  “Şəhərlərdə  ətraf  mühitin  gigiyenası”  mövzusunda  məruzə  ilə  çıxış  etdilər.  Çıxışlarının  daha  maraqlı  olması  üçün  slaytlardan  istifadə  etdilməsi, mövzunun dinləyicələrə  daha aydın çatdırılmasında  faydalı oldu.

  Sonda   kollecin  direktoru  i.e.d  professor  Ə.A.Əyyubov  konfransın işinə yekun vuraraq  bildirdi  ki,  elmi-nəzəri  konfrans,  konfransda  müzakirə  olunan  məsələlər, çıxışlar  MTK-nın  internet  səhifəsində  işıqlandırılacaqdır. Direktor  onu da  əlavə  etdi ki,  bütün  bu  məruzələr  tələbə-elmi  cəmiyyətinin  katibliyində  toplanacaq  və  kollecin  nəşr  etdiyi  “Turizm  və  təhsil”  jurnalının  növbəti  nömrəsində  dərc  olunacaqdır.


 
Əlavə edilmə tarixi: 01.11.2016   |   Baxılma sayı: 425

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci