ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdi


Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdi

22-23 oktyabr 2016-cı il tarixlərdə Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Urbanizasiya və Sənayeləşmə Şəraitində Biomüxtəlifliyin Qorunması” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirildi. İki gün davam edən konfransın birinci günündə plenar iclası ecazkar gözəlliyi ilə dünyanın nadir incilərindən olan Göygöl milli parkında təşkil olunmuşdu. Göygöl Milli parkının seçilməsi təsadüfi deyildi, çünki konfrans həmçinin Göygölün yaranmasının 877- ci il dönümünə həsr olunmuşdu. Beynəlxalq konfransda çoxlu sayda yerli və xarici qonaqlar iştirak edirdi. Plenar iclası Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Sülleymanov açdı. Sonra yerli və xarici universitetlərin alimləri, həmçinin müvafiq nazirliklərin nümayəndələri çıxış edərək mövzu ətrafında dəyərli fikirlərini bildirərək konfransın işinə uğurlar arzuladılar. Konfransda iştirak edən Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini təmsil edirdi.

Professor Əyyub Əyyubov Konfransın plenar iclasında ilk olaraq təmsil etdiyi AzərbaycanRespublikası Mədəniyyət və Turizm Nazirliyinin təbrikini çatdıraraq konfransın işinə uğurlar arzuladıqdan sonra “Biomüxtəlifliyin, təbii gözəlliklərin mühafizəsi ölkə  turizmi üçün də çox faydalıdır” mövzusunda məruzə ilə çıxış etdi. Professor Ə. A. Əyyubov məruzəsində biomüxtəlifliyin qorunmasının əhəmiyyətlərindən danışaraq Ümummilli lider, ulu öndər Heydər Əliyevin bu sahədədə böyük xidmətlərindən danışaraq, bu gün də prezident cənab İlham Əliyev tərəfindən bu işlərin uğurla davam etdirildiyindən bəhs etdi.

Həyata keçirilən sosioal-iqtisadi inkişaf və digər  dövlət proqramlarının həyata keçirilməsi nəticəsində şəhər və qəsəbələrin, rayon və bölgələrin  də abadlaşaraq gözəlləşdiyini, yerli xə xarici turistlərin zövqünü oxşadığını bildirdi. Eyni zamanda professor  Ə. A. Əyyubovekologiyamızın qorunması,  təbiət zənginliklərimizin mühafizəsində çoxaldımasındakı xidmətlərə görə Heydar Əliyev fonduna və Leyla Əliyevaya təşəkkürünü bildirmişdir.


 
Əlavə edilmə tarixi: 26.10.2016   |   Baxılma sayı: 732

                                

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci