ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Azərbaycanının dövlət müstəqilliyinin 25-ci ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edildi

Dövlət başçısı prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə imzaladığı Sərəncama müvafiq olaraq


Bayram münasibəti ilə təşkil olunanintelektual bilik yarışması  Azərbaycan xalqının  əsrlərin dərinliklərindən qaynaqlanan şərəfli azadlıq  mübarizəsi barədə  tələbə -gənclərin  indiyədək əldə etmiş olduqları  bilgiləri  ortaya çıxarmağa imkan verib.Əsasən  “Turist,sanatoriya, kurort komplekslərində tibbi xidmətin təşkili”, “Reklam işi” və “Bələdçilik işi” ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə  gerçəkləşən yarış birincilərin” Xəmsə” komandasının üstünlüyü ilə yekunlaşıb.

 Mingəçevir Regional Debat Mərkəzinin Mingəçevir Turizm Kollecinin Debat Qrupu ilə birgə “Karl Popper” formatında təşkil etdyi  debat təlimləri də  məzmunlu tədbir olaraq iştirakçıların hafizəsində xoş təəsüratlarla iz salıb.

  Hər zaman yetənəkli tələbələri ilə çoxsaylı uğurlara imza atan kollec kollektivi “Müstəqilliyimiz əbədidir” adlı  sərginin təşkilinə təşəbbüs göstərməklə  istedadlı gənclərə dəyərli əl işlərini,bacarığını və vətənpərvəlik duyğularını nümayiş etdirmək üçün növbəti dəfə əlverişli şans yaradıb.Sərgi hələ bir müddət izləyicilərin ixtiyarında olacaq.Bununla yanaşı  müstəqillik tarixi ilə bağlı  gənclər başqa bir formada  yaradıcı potensialını sınağa çəkmək şansı əldə edib.Belə ki,tələbələr arasında “Müstəqilliyimiz əbədidir” adlı inşa müsabiqəsi keçirilib.

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü təntənələri  Turizm Kollecində tələbə idmançıların iştirakı ilə davam etdirilib.12 ixtisas üzrə təşkil olunmuş komandaların iştirakı ilə şərəfli tarixi təqvim münasibətilə futbol üzrə xatirə turniri  təşkil olunub.

“Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin zəkasının məhsuludur “ adlı elmi-nəzəri konfaransla tədbirlər silsiləsini başa vuran kollektiv  xalqımızın və dövlətimizin qürurverici tarixinə dərin sevgi və ehtiramını nümayiş etdirməyə nail olub.

Konfransı Dövlət himninin canl ifası ilə başlamağı təklif edən Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov bu  davranışın  azadlıq naminə indiyədək fədakalıq nümayiş etdirmiş görkəmli şəxsiyyətlərin və qəhrəman azərbaycan övladlarının xatirəsinə ən dəyərli hörmət nümunəsi olduğunu qeyd etdi.Ardınca çıxışına davam edən  ünlü elm adamı Azərbaycan xalqının  şərəfli azadlıq tarixinə ziyalı baxışları ilə işıq saldı.“Mücadilə yolu, çətinliklər,həbslər,sürgünlər,qətliamlar  xalqımızın iradəsini daha da möhkəmləndirdi.Məhz   möhkəm iradə və inadımız sayəsində itirilmiş dövlətçiliyimizi yenidən bərpa edə bildik”- dedi.Professor müasir Azərbaycanın  dünyanın siyasi arenasında günü-gündən möhkəmlənən  mövqelərinə istinadən –qazandığımız uğular müasir  dövlətçiliyimizin banısı ümummilli lider Heydər Əliyevin dərin zəkasının,qətiyyətinin və uzaqgörən siyasətinin  nəticəsidir-söylədi.Əlavə etdi ki,dahi şəxsiyyətin təməlini qoymuş olduğu möhtəşəm layihələr bu gün prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və  böyük naliyyətlər qazanılır.

 Daha sonra konfransda digər məzmunlu çıxışlara  yer ayrıldı.Pedaqoqlar Elnarə İsmayılova,Ceyhun Abdullayev,Eldar Dərişov və Xatirə Rzayeva müvafiq olaraq”  Ən böyük naliyyətimiz əbədi müstəqilliyimizdir”,”Heydər Əliyev Azərbaycan xalqının qürur mənbəyidir”,”Heydər Əliyev Azərbaycan dövlətinin banisidir”,”İlham Əliyevin yeritdiyi siyasət müasir Azərbaycan dövlətinin qarantıdır” mövzularında məruzələr səsləndirdi.

Bundan sonra professor Əyyub Əyyubov  dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə  kollecdə keçirilmiş  bilik yarımasi,inşa müsabiqəsi və futbol üzrə xatirə turtnirinin qalibi olmuş komanda və tələbələrə fəxri diplomlar təqdim etdi.

 

 Elmi –nəzəri konfrans  ədəbi-bədii kompazisiyanın nümayişi ilə davam etdirildi.Pedaqoq Kifayət Əliyevanın rəhbərliyi ilə istedadlı tələbələr iştirakçilara vətənpərvər duyğular yaşatdı.


 
Əlavə edilmə tarixi: 18.10.2016   |   Baxılma sayı: 273

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci