ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi

Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda


Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov müzakirə olunacaq mövzunun aktuallığına diqqət çəkərək bu kimi marifləndirmə  tədbirlərinə cəmiyyətdə ciddi zərurət duyulduğunu qeyd etdi. O hazırda dünyanın əksər bölgələrində hökm sürən böhran,xaos,terror və digər hərbi münaqişələrə rəğmən Azərbaycanda  illərdir ki,hökm sürən dayanıqlı sabitlik və firəvanlığın xalqımız üçün mənəvi və hüquqi nemət olduğunu bildirdi.Bu səbəbdən də hər kəsi ayıq –sayıq davranaraq mövcud dəyərlərimizi ənənələrimizə zidd olan yabançı təsirlərdən daha da etibarlı şəkildə qorumağa dəvət etdi.Ünlü elm adamı əlavə olaraq onu da bildirdi ki, bu gün Azərbaycanın tolerant ənənələri və multikultural dəyərləri dünyanınqibtə ilə yanaşdığı bir örnək kim qəbul edilir.Ulu öndər Heydər Əliyevin vaxtilə atmış olduğu təməllər üzərində artıq Azərbaycan söz,din və vicdan azadlığı sayəsində uğurların zirvəsinə yetişib.Zirvələrdə mövqelərimizi sonadək qorumaq vəzifəsi  isə təbii ki,millət olaraq bizə düşən məsuliyyətdir-dedi.

Daha sonra tədbirin digər rəsmi iştirakçıları –Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr və humanitar məsələlər üzrə şöbə müdirinin müavini,dini qurumlarla işin təşkilatçısı, pedaqoqika üzrə fəlsəfə doktoru Sahib Əliyev,Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin Yevlax Regional Nümayəndəliyinin sədri Natiq Əfəndiyev,Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməliyyat müfəttişi Camal İsayev və Heydər Məscidinin axundunun  müavini Bəhruz Əhmədov çıxış edərək bir sıra vacib məqamlara ətraflı aydınlıq gətirdi.Onlar tərəfindən “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu”,”Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili “, “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” və “Gənclərin tərbiyəsində dinin rolu” mövzularında məruzələr səsləndirildi.Çıxışlarda dini radikalizm,fanatizm və ekstremizm terminlərinin mahiyyəti,həmin mənfi meyllərə,ekstremizm və terrorçuluqla mübarizəni şərtləndirən  milli və beynəlxalq hüquqi baza,həmçinin digər aidiyyati məsələlər barədə ətraflı söhbət açıldı.Ölkəmizin tolerantlıq və multikultural ənənələrinin perspektivləri barədə fikirlər paylaşıldı.Qeyd olundu ki.hazırda dünyanın 13 dövlətində və Azərbaycanın 28 ali təhsil müəssisəsində Azərbaycan multikulturalizminin əsasları fənn olaraq tədris olunur.

 Tədbirə yekun vuran professor Əyyub Əyyubov müzakirələrin faydalı olduğunu və nəticəsiz qalmayacağına əminlik vurğuladı.Gənclərə xitabən –dini fanatizmə,radikalizmə və ekstremizmə qarşı mübarizənin ən effektli yolu savad və dünyagörüşünüzün zənginliyindən keçir. Tariximiz,dinimizin incəlikləri və digər mədəni üstünlüklərimizlə bağlı bilgiləriniz nə qədər çox olsa bir o qədər bədxahlar önündə yenilməz olacaqsınız- dedi.


 
Əlavə edilmə tarixi: 18.10.2016   |   Baxılma sayı: 233

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci