ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət etdi.

Bügün Avropa İftifaqının Əməkdaşlıq Şöbəsinin müdiri Yerun Villems başda olmaqla Azərbaycan Ofisinin geniş tərkibli nümayəndə heyəti Mingəçevir Turizm Kollecinin qonagı oldu.


Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov numayəndə  heyətinə  isdedadlı tələbələrinin iştirakı ilə vaxtaşırı təşkil olunan mədəni-kütləvi tədbirlər barədə  ətraflı məlumat verdi.

Daha sonra  qonaqlar ayrı-ayrı auditoriyalarla , informatika kabinetləri, linqafon otağı,elektron imtahan  qəbulu otaqları, loboratoriyalar və  fənn birliyi komissiyalarının fəaliyyət şəraiti ilə tanış olub, tədris prosesində iştirak etdilər.  Tələbələrin təhsil prossesi və gələcək karyeraları ilə bağlı fikirləri  öyrənildi.Gənclər Turizm Kollecində təhsil almağın onlara qürurverici duyğular yaşatdığını və  perspektivlər vədd etdiyini qonaqların diqqətinə çatdırdı. Turizm Kollecinin direktoru professor Əyyub Əyyubovda öz növbəsində zaman- zaman təhsil müəssisəsinin mövcud durumu və  gələcək lahiyələri barədə Avropalı qonaqlara əhatəli məlumatlar verdi.

Ardınca müəssisənin Heydər Əliyev idealoji kabinetində  xüsusi slaydlar vasitəsilə Turizm Kollecinin yaranma tarixi, ixtisasları, maddi texnikası bazası, tədris prosesi,  məzunları və beynəlxalq əlaqələri barədə nümayəndə heyətinə dolğun informasiyalar çatdırıldı.

Professor Əyyub Əyyubov əlavə olaraq yeni tədris ilindən etibarən fəaliyyət göstərən Mehmanxana-turist və sanatoriya-kurort komplekslərində iaşə və servis

Ixtisası haqqında danışdı  və keçirilməsi  nəzərdə tutulan yay elektron imtahan sessiyası barədə məlumat  verərək adı çəkilən yeniliklərin önəmli hadisələr olduğunun  bildirdi. Eyni zamanda tələbələrin tədris dönəmində nəzəri dərslərlə yanaşı təcrübi  dərslərin də nüfuzlu otel, kurort- sanatoriya komplekslərində təşkil olunduğunu diqqətə çatdırdı. Avropa İttifaqı nümayəındə heyyətinin rəhbəri Yeron Villlems də fikirlərini paylaşaraq gördüklərindən və duyduqlarından  məmnun qaldıqlarını ifadə etdi. O, təqdimatınız valehedici idi cənab professor, kollektivinizin inanılmaz perspektivləri var.Biz anladıq ki,beynəlxalq səviyyəli yeni əməkdaşlıq yollarını ətraflı şəkildə müzakirə  etmək üçün təkrar bura dönməliyik- dedi.Ardınca kollec kollektivinə xatirə hədiyyəsi  təqdim edən rəsmi qonaq- bunu gələcək əməkdaşlığımızın təməli kimi gəbul edin- söylədi. Sonda hörmətli qonaqlarla xatirə  şəkilləri  çəkdirildi

 


 
Əlavə edilmə tarixi: 01.10.2016   |   Baxılma sayı: 397

                                

Paylaş      

SON BAXILANLAR

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci