ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci ilk dəfə keçirilən turizm işçilərinin peşə bayramını böyük sevinclə qeyd etdi.

Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev “ Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında “


Turizm sahəsi üzrə ixtisaslaşmiş  təcrübəli mütəxəssislərin qənaətinə görə bu addım Azərbaycanda turizmin inkişafına bəslənən böyük ümid və dəstəkdən qaynaqlanır və heç şübhəsiz turizm sektorunun  perspektivləri baxımından  növbəti inkişafda böyük rol oynayacaq.

  Turizm gününün bu ildən etibarən bayram edilməyə başlanması  on ildən çoxdur ki, uğurla turizm sahəsi üzrə  ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kollecinin kollektivində  böyük sevinc və ruh yüksəkliyi yaradıb.Pedaqoqlu –tələbəli hər kəs  Sərəncamın elan edildiyi gündən etibarən  dövlət başçısı prezident  cənab İlham Əliyevin ünvanına  ən xoş arzu, istək və təşəkkürlərini çatdırmaqdadır.

 Nəhayət bu gün Mingəçevir Turizm Kollecinin timsalında  Mingəçevir ictimaiyyəti  ilk dəfə olaraqTurizm Günü təntənələrinə qatılıb bu əlamətdar təqvimi  coşqu içində bayram etdi.

 Qeyd etmək yerinə düşər ki, kollektiv   bayram tədbirini  ən yüksək səviyyədə təşkil etmək üçün   hərtərəfli hazırlıq işləri həyata keçirmişdir.O cümlədən,təhsil müəssisəsinin  bina və  həyətyanı hissələrində  bayramsayağı tərtibat məsələlərinə xüsusi diqqət ayrılıb.  Inşa,rəsm müsabiqələri təşkil olunmaqla ,Turizm gününə həsr olunmuş divar qəzetlərinin xüsusi buraxılışları hazırlanıb.

 Adətən milli-tarixi təqvimləri  yüksək peşəkarliqla bayram edən işgüzar kollektiv Turizm günü kimi əlamətdar təqvimdə daha böyük canfəşanlıq nümayiş etdirdi.27.09.2016-cı il tarixdə  Mingəçevir Turizm kollecinin həyətində turizm işçilərinin    peşə bayramı gününə həsr olunmuş izdihamlı tədbir keçirildi. Onun işində  pedaqoq və tələbə kontingenti ilə yanaşı  çoxsayda  dəvətli qonaq- rəsmi şəxslər,ziyalılar,valideyinlər  və media nümayəndələri iştirak edirdi.Konfransı açıq elan edən  Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov hər kəsi Turizm günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdı.Əyyub Əyyubov  belə bir sevinci və qüruru onlara yaşdan prezident  cənab İlham Əliyevə kollektiv olaraq minnətdar olduqlarını ifadə etdi. O “Azərbaycan Respublikasında  turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın Azərbycan turizmini yeni zirvələrə daşıyacağından əmın olduğunu vurğuladı.Sərəncamı bu yöndə yeni yol xəritəsinə bənzədən ünlü elm adamı  istiqamətimiz,hədəf və vəzifələrimiz aydın görünür və biz bu istiqamətdə inamla addımlamaqda davam edəcəyik  -dedi.Eyni zamanda  dövlətimizn diplomatik nümayəndəliklərində turizm nümayəndəliklərinin təsis edilməsini diqqətə layiq hadisə olduğunu  qeyd etdi. Əyyub Əyyubov  yeni vəzifələrin  pedaqoqların məsuliyyətini daha da artırdığını ,bu mənada hər kəsdən yaradıcı əzmkarlıq tələb olunduğunu iştirakçıların diqqətinə çatdırdı.

  Daha sonra digər məzmunlu çıxışar dinlənildi.Pedaqoqlar  Aynurə Abbasova,Sevda Kərimova,Vüqar Baxışov,Elşad Səmədov, İqbal Xudiyev və Əşrəf Əsgərov” Azərbaycan Turizminin inkişafında  beynəlxalq səviyyəli tədbirlərin rolu”, “Azərbaycanın turizm politrası”, “Azərbaycanda  mehmanxanaların bu günü və gələcəyi”,”Azərbaycanın modern dövlət quruculuğunda  turizmin yeri və rolu”, “Regionların sosial-iqtisadi inkişafında turizmin rolu” və “Azərbaycan poeziyasında turizmə çağırış motivləri”  adlı məruzələrlə çıxış etdi.

 Elmi nəzəri konfrans başa çatdıqdan sonra bayram tədbirləri silsiləsi konsert proqramı ilə davam etdirildi.Turizm Kollecinin istedadlı yetirmələri Turizm günü şərəfinə hazırladığı xüsusi bədii poqramı həvəs və ustalıqla iştirakçılara təqdim etdi.Biri-birindən həzin,  şux nəğmə və rəqslər saatlar ərzində  şadlıq edən kollektivin qəlbini riqqətə gətirdi.


 
Əlavə edilmə tarixi: 01.10.2016   |   Baxılma sayı: 338

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci