ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Bilik Günü coşqusu

Sentyabr ayının 15 –də Bilik günü münasibəti ilə Mingəçevir Turizm Kollecində coşqulu bayram tədbiri keçirilidi. Tədbirin tələbələrdən ibarət istedadlı aparıcıları yeni tədris ili və Bilik günü münasibəti ilə hər kəsi təbrik edib pedaqoq və tələbələrə uğurlar arzuladı.


Sonra təbrik nitqi ilə  iştirakçılara üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov təhsilin inkişafı naminə dövlət səviyyəsində atılan məqsədyönlü addımlardan və tətbiq olunan yeniliklərdən söhbət açdı. Bu işdə diqqət və həssaslıq nümayiş etdirən ölkə başçısı prezident İlham Əliyevin ünvanına xoş sözlər çatdırdı. Ünlü elm adamı onu da əlavə etdi ki, turizm qeyri neft sektorunun ən perspektivli sahələrindən hesab olunur və turizmin inkişafını təmin edəcək kadrların yetişdirilməsində Mingəçevir Turizm Kolleci önəmli rol oynayır. Əyyub Əyyubovun fikrincə bu təhsil ocağının məzunlarına bu gün olduğu kimi sabah da böyük tələbat  olacaq.

Ardınca yüksək balla Mingəçevir Turizm Kollecinə qəbul olunmuş tələbə Ülviyyə Quliyeva və valideyin İsrafil Məmmədov cıxış edərək bayram təbriklərini paylaşdı.

Kollecin tədris şöbəsinin müdiri Qəhrəman Kərimov da bayram təbrikinə qoşularaq arzularını  bildirdi, eyni zamanda dərs cədvəli və tədris qrafiki ilə tələbələri tanış etdi.

Bayram tədbiri şux nəğmə və rəqslərin müşayəti altında davam etdi. Kollecin özfəaliyyət qrupunun üzvləri maraqlı proqramla çıxış edərək tədbirdə xoş ovqat yaratdı.

 

-----------------------------------------------------------------------------------------------------------------

Fəaliyyətə başlamasının on illik yubileyini bir neçə ay öncə təntənəli tədbirlər silsiləsi ilə qeyd etmiş bu nüfuzlu kollektiv sevinc və coşqu dolu  o anların xoş təsirindən uzaqlaşmadan  böyük həvəs,istək və yaradıcılıq eşqilə yeni tədris ilinə isti qucaq açdı. Həm də yeni arzu və məqsədlərilə bərabər.Bəli ,Mingəçevir Turizm Kolleci haqqında ötən müddət ərzində çox danışılıb,çox yazılıb.Uğurlarının sorağı ölkə hüdudlarını belə aşan  bu elm,təhsil ocağı  cəmi on il ərzində  böyük dövlət xadimləridən  birinin təbirincə söyləsək mümkünsüzü belə mümkünə çevirməyə müəssər olub. Əlbəttə ki,yüksək  pedaqoji potensialı,intizamı və əzmkarlığı sayəsində.Həm təhsil sahəsində böyük təcrübə sahibi olan yerli, həm də əcnəbi mütəxəssislər bu qənaətdədir.Onlar kollektivin bundan sonra  yeni və daha əlçatmaz zirvələri fəth edəcəyinə əmindir.Təsadüfi deyil ki,on ollik yubiley təntənələrinə qatılmaqla Turizm Kollecinin pedaqoji kollektivinə,tələbələrə və onların valideyinlərinə,ümumən isə bütün Mingəçevir ictimaiyyətinə qürurverici anlar yaşadan Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev özü də kollektivin əldə etdiyi başarılara heyran qalığını səmimiyyətlə bütün ictimaiyyətə etiraf etmişdi.Bir sözlə kollektivi sevindirib yeni naliyyətlər arxasınca yürüməyə sövq edə biləcək kifayət qədər tutarlı səbəblər var.Bilik Günü münasibətilə kollecdə düzənlənən bayram tədbiri iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin direktoru  iqtisad elmləri doktoru professor Əyyub Əyyubov da təbrik nitqində bu kimi vacib məqamlara xüsusi yer ayırdı.O  ulu öndər Heydər Əliyev ənənələrinin elmin,təsilin,mədəniyyət və turizmin bugünki dinamik inkişafında xüsusi rol oynadığını xatırladaraq   ümumən Azərbaycan dövlətinin və cəmiyyətinin davamlı uğurlarına  gərəkli stimul yartdığını qeyd etdi.Əyyub Əyyubov söylədiklərinin məntiqi nəticəsi olaraq bu gün prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində adı çəkilən sahələrə göstərilən  diqqət və qayğıdan danışdı.Biz - cənab prezidentin  dəyərli əsərlərindən  olan bir təhsil müəssisəsinin kollektivi olaraq  bu qayğını daim üzərimizdə hiss edirk.Göstərilən  etimad və  hərtərəfli dəstək məsuliyyətimizi artırır və daha böyük hədəflər naminə çalışmağımıza zəmin yaradır—deyən ünlü elm adamı  gənclərə-tələbələrə  də bu mənada yeni üfiqlər açıldığını bildirdi.

   Kollec rəhbərinin  məlumatlarından bəlli oldu ki, cənab prezidentin sərəncamına müvafiq olaraq ötən tədris ilinin ikinci yarısından etibarən təhsildə davamiyyəti və nəticələri artırmaq məqsədilə  ödənişssiz  təhsil alan tələbələrlə yanaşı ödənişlə təhsil alan gənclərə təqaüd verilməsinə start verilib.Əlbəttə ki,təhsildə fərqlənən gənclərdən söhbət gedir.Bu da gənclərə yaradılmış böyük stimul və rəqabət imkanı olaraq qəbul edilməkdədir.

  Turzim Kollecində  gerçəkləşdirilməsi nəzərdə tutulan bir başqa yenilik  yay imtahan sessiyası dönəmlərində gerçəkləşəcək.İlk dəfə olaraq  bir neçə xüsusi olaraq seçilmqrupda  pilot layihəsi çərçivəsində elektron imtahan qəbulu tətbiq olunacaq.Layihəyə müvafiq olar tələbələr elektron imtahan prosesinin onlar üçün yaratdığı yeni imkanlardan yararlanacaq.Yəni,hər bir gənc birbaşa informasiya texnologiyaları vasitəsilə sərbəst şəkildə bilik və bacarığını test edəcək.Yeri düşmüşkən qeyd edək ki,Bolonya təhsil sistemi  üzrə təhsil alan kollec tələbələrinə indiyədək kifayət qədər bu kimi oxşar fürsətlər tanınıb.Bəzi hallarda nisbətən övladının təhsilinə loyallıq nümayiş etdirmiş valideyinlərin   bundan sonra daha fəal şəkildə pedaqoq-tələbə ailəsinin üzvünə çevrilməsi zərurəti ortaya çıxıb.Onlar kollektivdə hökm sürən keyfiyyətli tədris prosesinə və obyektivliyə əmin olmaq üçün gözəl imkanlara malikdir.Yetərki, arzu etsinlər.

 O ki,  qaldı  Bilik Günü coşqusuna  hər kəsin sevinci çöhrəsindən açıqca sezilirdi.Xüsusilə də  bu ilk dəfə olaraq tələbə adını qazanaraq  Turizm Kollecinə daxil olmuş gənclərdə daha qabarıq şəkildə diqqət çəkirdi.Əslində  onların ikiqat sevinci başa düşülən idi. Çünki, illərcə haqqında duyub  uğurları barədə eşitdikləri nüfuzlu bir təhsil ocağının tələbəsi olmaq şərəfinə nail olublar. Üstəlik  kifayət qədər yüksək imtahan balları ilə.Nə az,nə çox düz 643 gənc yeni tədris ilindən,yəni bu gündən etibarən taleyini bu ünlü kollektivlə bağlayacaq. Şübhə yox ki,gənclər və valideyinlər  bu ünvanı seçərkən bir mühüm məqamı da nəzərə alıb.Məlum olduğu kimi Turizm Kolleci beynəlxalq təhsil proqramlarında fəal iştirakı müqabilində böyük etimad qazanıb.Buna müvafiq olaraq kolleci uğurla bitirən məzunlar arzu edəcəkləri təqdirdə ali məktəblərin bir başa  ikinci və hətta üçüncü kurslarında təhsilini davam etdirmək haqqına sahib olacaqlar.Görünür məhz bu kimi başarıları sayəsində kollecə olan maraq  gənclər və valideynlər arsında ilbəil artmaqdadır.Tədris ilinin ilk günü keçirilən tədbirdə bununla bağlı bir xoş müjdəli xəbər də iştirakçilarlarla paylaşıldı.Belə ki , bu tədris ilindən etibarən  Turizm Kollecində yeni bir ixtisas üzrə tədris aparılacaq. Yeni ixtisas “Mehmanxana ,turist,sanatoriya və kurort komplekslərində iaşə və servis” adlanır.Təsəvvür edin yeni ixtisasa  ilk dönəmdən etibarən  maraq o qədər yüksəkdir ki, artıq 79 gənc bu ixtisas üzrə təhsil almağa qərar verib.

   Bir sözlə yeniliklər yetərincədir.İstər kollec rəhbərliyi,istərsə də pedaqoq, tələbə və valideyinlər bayram  tədbirində  onlar barədə  kifayət qədər ürək dolusu söhbət açdı.Hər kəs təbrikləşdi,arzularını dilə gətirdi və ən əsası  şux nəğmə və rəqslərin müşayəti altında doyunca bayramın keyfini çıxardı. Adətən həm də istedadlı yetirmələri və mədəni kütləvi tədbirlərdə sərgilədiyi təşlilatçılıq bacarığı ilə seçilən kollektiv bu xoş gündə  növbəti dəfə bacrığını nümayiş etdirib Bilik Gününə əsl şənlik ruhu qatdı.


 
Əlavə edilmə tarixi: 15.09.2016   |   Baxılma sayı: 370

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci