Bilik bayramı
Məlum olduğu kimi sentyabr ayının 15-i Bilik bayramıdır. Bilik bayramı münasibətilə respublikamızın müxtəlif təhsil müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də yüksək səviyyəli tədbirlər keçirilir.
2010/2011 tədris ilinin başlanması ilə əlaqədar kollecdə bilik bayramı gününə həsr olunmuş yüksək səviyyəli tədbir keçirildi. Tədbirdə kollecin tələbə və müəllimləri, valideynlər, eləcə də mətbuat nümayəndələri iştirak edirdi.
Tədbirin aparıcısı İ-12 qrupunun tələbəsi Mirzəzadə Günel tədbir iştirakçılarını salamladıqdan sonra sözü Mingəçevir Turizm Kollecinin direktoru i.e.d. prof. cənab Ə. A. Əyyubova verdi.
Prof. Ə. A. Əyyubov bütün tələbə-müəllim heyətini və valideynləri bilik bayramı münasibəti ilə təbrik etdi, tələbə və müəllimlərə təhsil işində uğurlar arzuladı. Ölkəmizdə son illər həyata keçirilən təhsil islahatlarından, islahatlar nəticəsində qazanılan uğurlardan, bu uğurların qazanılmasında ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışdı. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafı üçün xidmətlərini xüsusi olaraq qeyd etdi. Mingəçevir Turizm Kollecində tədrisin mövcud vəziyyəti və kollecin uğurlu beynəlxalq əməkdaşlığı haqqında ətraflı məlumat verdi. Şotlandiyanın Stevenson və Rumıniyanın Andrei Barseanu Kollecləri ilə əməkdaşlıq nəticəsində qazanılmış uğurlardan danışdı.
Bilik bayramı münasibəti ilə kollecin Həmkarlar İttifaqı komitəsinin sədri i.e.n. Hacı Seyid İbrahim, direktor müavini Əşrəf Əsgərov, tədris şöbəsinin müdiri Qəhrəman Kərimov da çıxış edərək tələbə və müəllimləri təbrik etdi.
Tədbirdə kollecin bədii özfəaliyyət kollektivi hazırladığı maraqlı konsert və əyləncə proqramı ilə çıxış etdi.
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM | Baxılma sayı: 913
Paylaş