ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Müəllim günü


Kollecdə müəllimlər gününə həsr olunmuş tədbir Bəlli olduğu kimi 5 oktyabr tarixi müəllim günü kimi qeyd olunur. Fəaliyyətinin 5 yaşı tamamlanmaq üzrə olan Mingəçevir Turizm Kollecində 200 nəfərə yaxın müəllim çalışır. Kollektivdə kifayət qədər yüksək elmi rütbəyə və pedaqoji təcrübəyə malik olan nisbətən yaşlı müəllimlərlə bərabər çoxlu sayda gənc müəllimlər də fəaliyyət göstərir. Məhz belə təcrübəli müəllimlərlə gənc müəllimlərin birgə fəaliyyəti kollektivin işini daha uğurlu təşkil etməyə imkan yaradır. Kollecin qısa müddətli fəaliyyətində belə uğurların qazanılması da görünür gənc nəsillə orta nəsil müəllimlərin fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi ilə əlaqədardır. Kollecdə güclü tədris intizamı yaradılmış, kollecin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də tədris prosesinə sanballı professor-müəllim heyətinin cəlb edilməsi nəticəsində tədrisin səviyyəsi xeyli yüksəlmişdir. Bu işlərdə əlbəttə beynəlxalq əməkdaşlıqdan qazanılan təcrübə də əhəmiyyətli rol oynayır. Kollecdə tədrisin uğurlu qurulması ilə yanaşı bədii, elmi, kütləvi tədbirlərin keçirilməsinə də yüksək diqqət yetirilir. Belə tədbirlər kollecdə təsdiq olunmuş tədbirlər planı əsasında müntəzəm olaraq keçirilir. Kollecdə 5 oktyabr müəllim günü münasibəti ilə keçirilən tədbir qeyd etdiyimiz tədbirlərdən biri idi. Tədbir saat 17-00 da kollecin H. Əliyev adına ideoloji mərkəzində başlandı. Müəllim günü münasibəti ilə təşkil olunan tədbirdə kollecin direktoru i.e.d. prof. Ə. A. Əyyubov təbrik nitqi söylədi. Sonra tələbə gənclərin müəllim günü münasibəti ilə təşkil etdikləri ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Kollecin əməkdaşlarından İbrahim Əyyubov, Qəhrəman Kərimov, Əşrəf Əsgərov, Xanım Məmmədova, Şıxməmməd Məmmədov, Çingiz Nəbiyev, Nəsim İsmayılov və digərləri də çıxışlarında müəllim həmkarlarını bayram münasibəti ilə təbrik edərək onlara bu çətin, lakin nəcib və şərəfli işlərində böyük uğurlar və müvəffəqiyyətlər arzuladılar.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 629

                

Paylaş      

SON BAXILANLAR

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi

ПОЗДРАВЛЕНИЕ

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci