ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci: Maraqlı istirahət

Hər il olduğu kimi, bu il də 2015/16- cı tədris ilini müvəffəqiyyətlə başa vuran Mingəçevir Turizm Kollecinin bütün kollektivi 1 günlük Şəki rayon “Narın Qala” isatirahət mərkəzində 20 iyul 2016-cı il tarixdə istirahətdə olmuşlar


Kollektivin istirahəti kollecin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil edilmişdir. İstirahətin daha mənalı və yadda qalan olması üçün musiqili və əyləncəli proqram da hazırlanmışdır. Xalqımıza xas olan gözəl süfrə mədniyyəti, zəngin xörəklər istirahət edən bütün pedoqoji kollektivin zövqünü oxşayırdı.

     Əvvəlcə tədbirin təşkilatçısı, Həmkarlar İttifaqı Komitəsinin  sədri dos. İbrahim Əyyubov danışdı. Belə gözəl kollektivin formalaşması üçün dövlətimizə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

     Pedaqoji kollektivi tədris ilinin başa vurulması münasibəti ilə kollecin direktoru prof. Ə. A. Əyyubov təbrik etdi.

     O, qeyd etdi ki, hər il tədris ilinin başa vurulması münasibəti ilə kollektivimizin bir günlük istirahət etməsi artıq ənənə halını almışdır. O, hamıya xoş istirahət arzuladı.

     Daha  sonra  kollecin  direktor müavinləri Ç. Q. Allahverdiyeva,          Ş. M. Şükürova, tədris şöbəsinin müdiri Q. Ş. Kərimov, İnsan resursları şöbəsinin müdiri T.İ.Əyyubov, bədii-kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, fənn komissiyasının sədri f.e.n. Xanım Məmmədova, baş mühasib Vəsilə Hüseynova, şöbə müdiri Şıxməmməd Məmmədov və başqaları çıxış edərək səmimi fikirlərini bildirdilər. Proqram əsasında  tarix müəllimi Məleykə Vəliməmmədovanın rəhbərliyi ilə müəllimlər şən mahnılar və rəqslər ifa etdilər. Onlar maraqlı və məzmunlu şeirlər söylədilər.  Daha  sonra  kollektivin üzvləri “Gələrsən, Görərsən” qalasını və “Narın Qala” istirahət mərkəzinin gəzməli yerlərini ziyarət etdilər. Tədbirdən rəngarəng fotolar və video görüntülər çəkildi. Beləliklə, kollektiv bir günlük mənalı istirahət etdi. İstirahətin təşkili üçün onlar kollecin direktoruna və Həmkarlar  İttifaqı Komistəsinə böyük minnətdarlıq bildirdilər.


 
Əlavə edilmə tarixi: 26.07.2016   |   Baxılma sayı: 1001

                                

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci