ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Fransalı qonaq Mingəçevir Turizm Kollecində

Məlum olduğu kimi bu günlərdə fəaliyyətə başlamasının 10 illiyini yubiley təntənələri ilə bayram edən Mingəçevir Turizm Kolleci,həm də zəngin beynəlxalq əlaqələrə malik təhsil ocağı kimi tanınır.Kollec illərdir ki, çoxsaylı avroasiya təhsil ocaqları və elmi mərkəzlərlə fəal əməkdaşlıq edir,müxtəlif təhsil proqramlarında iştirak edir.


O cümlədən Avropa İttifaqı Komissiyası xəttilə həyata keçirilən Tempus proqramı çərçivəsində Turizm Kolleci bir neçə ildir ki,Fransanın Qrenobl Akademiyası və Almaniyanın Yade universiteti ilə birgə layihələrə qatılıb.Layihəyə uyğun olaraq mütərəqqi təhsil metodlarının mənimsənilməsi, kollecdə tədrisin bir sıra istiqamətlər üzrə ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması,ikili diplomların tanınması kimi məsələlərin həlli nəzərdə tutulur.Bu çərçivədə vaxtaşırı təşkil olunan treninq və konfranslarla yanaşı qarşılıqlı səfərlər də həyata keçirilir.
 
  İki gündür ki, bu istiqamətdə növbəti addım atılıb.Fransanın Qrenobl Akademiyası nümayəndəsi və layihənin rəhbər kordinatoru Jean- Noel Pachoud  Mingəçevir Turizm Kollecində işgüzar səfərdədir.Kollec rəhbərliyi ilə  layihəyə müvafiq müzakirələr aparıb icraatla yaxından tanış olan Fransalı elm adamı bu gün kollecin rəhbər heyəti,turizm və xaricil ixtisasları üzrə təlim verən pedaqoq təmsilçiləri ilə görüş keçirdi.
 
  Tədbiri açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmlər doktoru,professor Əyyub Əyyubov Turizm Kollecinin on illik fəaliyyəti,uğurları,məzunları,beynəlxalq əlaqələri  və son yubiley təntənələri barədə ətraflı məlumat verdi.Eyni zamanda Tempus proqramı,onun məqsədləri,bu çərçivədə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlıq məsələlərinə toxundu.CənabJean- Noel Pachoudunikinci dəfə kollecə təşrif buyurduğunu xatırladan ünlü elm adamı bu əməkdaşlıq nəticəsində  xeyli müddətdir ki,bəzi ixtisaslar üzrə fransız dilinin tədris olunduğunu qeyd etdi.Ötən müddət ərzində fransanın Azərbaycandakı səfirinin kollec ziyarətindən danışıb,-o da bizə fransalı müəllimlə dəstək vermək niyyətində olduğunu bildirmişdi- dedi.
 
 Daha sonra monitorun köməkliyi ilə Turizm Kolleci haqqında xüsusi slayd nümayiş etdirildi.Professor Əyyub Əyyubov məlumatları şərh yolu ilə rəsmi qonağın və iştirakçıların diqqətinə çatdırdı.Qeyd edək ki,layihənin Azərbaycandan olan digər iştirakçısı,Azərbaycan Texniki Universitetinin nümayəndəsi və fransız dili üzrə mütəxəssis Namiq Qafarov müzakirələrin anlaşıqlı şəkildə davam etməsi üçün xeyli səy göstərdi.
 
 Daha sonra çıxış edən Fransalı qonaq layihəyə başlanıldığı ilk dönəmlərdə ali təhsil müəssisələrinin Turizm Kollecinin iştirakını  lüzumsuz hesab etdiklərini xatırlatdı.Çünki  iştirakçı hüququ qazanmış kollektivlər ali təhsil müəssisələrini təmsil edirdi.Yeganə istisna Turizm Kolleci idi.Biz  bu iştirakı dəstəklədik və bu gün hər kəs haqlı olduğumuzu görür -dedi. Kollec kollektivi işgüzar və perspektivlidir. Qarşılarına qoyulmuş vəzifələri bu günədək layiqincə icra ediblər.İkili diplomlar əvəzinə sertifikatlaşdırma aparılacaq.Ən əsası bu kollecdə təhsil alan tələbələr arzu edəcəkləri halda imtahansız bir başa ali məktəblərin yuxarı kurslarında təhsillərini davam etdirmək imkanına malik olacaq.Şadam ki,bu məsələ artıq həllini tapıb-söylədi.
 
   Görüş zamanı bir sıra işturakçıların fikirləri və sualları dinlənildi.Kollecin Fransız dili müəllimləri ilə Jean- Noel Pachoudarasında  maraqlı fikir mübadiləsi aparıldı.
 
 Sonda Fransalı qonaq  layihədə Turizm Kollecinin iştirakı,həmçinin Mingəçevir şəhərindən aldığı təəssüratlarla bağlı fikirlərini paylaşdı.

 
Əlavə edilmə tarixi: 19.07.2016   |   Baxılma sayı: 542

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci