ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans

Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.


Adətən milli-tarixi təqvimlər kollecdə  xüsusi  tədbirlərlə anılır və bu dəfə də  pedaqoq və tələbələr ənənəsinə sadiq qalaraq dövlətçilik tariximizdə önəmli yeri olan Azərbaycan Xalq Cumhuriyyətinin  98-ci ildönümünü də “28 May istiqlal tariximizin parlaq səhifəsidir” adlı elmi – nəzəri konfransla qeyd etdi. Hərçənd dövlətçilik və bu mənada vətənpərvərlik mövzusu əslində bütün tədris ili boyu Turizm Kollecinin ictimai gündəliyinin əsas mövzularına çevrilir.
 
 Elmi nəzəri konfransı açıq elan edən Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru professor Əyyub Əyyubov da  bu barədə iştirakçılara ətraflı məlumat verərək,bu kimi təqvimlərin xalqımızın taleyində parlaq yer tutduğunu  bildirdi.O,  Məmməd əmin Rəsulzadə,Fətəlixan Xoyski,Səmədbəy Mehmandarov və digər görkəmli qurucu dövlət xadimlərinin siyasi mübarizə səlnaməsinə diqqət yetirərək ötən əsrin əvvəllərində qurulmuş və cəmi  23 ay yaşamış  milli dövlətimizin qısa sürədə  çox böyük uğurlar qazandığını bəyan etdi.Professor Əyyub Əyyubov müasir dövlətçilik ənənələrimizə də toxunaraq  ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti,dərin zəkası və iradəsi sayəsində Müstəqil Azərbaycanın əbədi və dönməz xarakter aldığını qeyd etdi.Ünlü elm adamı həmin siyasətin bu gün də prezidentcənab  İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  bildirərək hər kəsi bundan sonra da dövlətçiliyimizin gələcəyi naminə  bir və bərabər olmağa dəvət etdi.
 
 Ardınca digər məruzələr səsləndi.Pedaqoqlar Məleykə Vəliməmmədova,  Elnurə Əhmədova,Xəyalə Abbasova və Eldar Dərişovmüvafiq olaraq  “ Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi və İstiqlal Bəyannaməsinin qəbulu “ ,”  1917-1918 –ci illərdə AXC-nin xarici siyasəti və erməni təcavüzünə qarşı mübarizəsi” , “AXC-nin süqut etmə səbəbləri”, ”Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir”  mövzularında genış məzmunlu məruzələrlə çıxış etdi.
 
 Bundan sonra pedaqoq Kifayət Əliyevanın rəhbərliyi ilə  yaradıcı gənclər tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiya ya baxış keçirildi.
 
 Konfransa yekun vuran professor Əyyub Əyyubov  dəyərlərimizin,şanlı tariximizin parlaq səhifələrinin yüksək səviyyədə təbliğ və təşviq olunmasının  hər bir ölkə vətəndaşı üçün mənəvi borc olduğunu xatırladaraq  pedaqoq və tələbələri daim fəal olmağa səslədi.
 
Sonda Turizm Kollecinin 10 illik yubleyi  və Respublika günü münasibətilə pedoqoji fəaliyyətdə və təhsildə fərqlənmiş bir qrup pedaqoq və tələbəyə Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov tərəfindən fəxri fərmanlar təqdim olundu

 
Əlavə edilmə tarixi: 19.07.2016   |   Baxılma sayı: 687

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecinin tələbələri ELTV-nin qonağı oldular

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Mingəçevir Turizm Kollecində elmi – nəzəri konfrans
Mart ayının 31-i səhəri Mingəçevir Turizm Kollecinin kollektivi üçün Şəhidlər Xiyabanı xatirə kompleksində açıldı. Təhsil müəssisəsinin pedaqoqlu – tələbəli böyük bir heyəti tər çiçək dəstələri ilə xiyabana axın etdi. Onlar burada ucaldılmış Azərbaycanlıların soyqrımı və deportasiya qurbanları abidəsini cəmi Mingəçevirlilər kimi ziyarət edib soyqırım qurbanlarının xatirəsinə ehtiram nümayış etdirdi.

Mingəçevir Turizm Kollecində daha bir intellektual yarış keçirildi.
Mingəçevir Turizm Kollecində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər sırasında martın 30-da növbəti intellektual yarış keçirilmişdir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci