ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kollecin tələbələri təcrübə yerlərində / The students of college in practice


Kollecin tələbələri təcrübə yerlərində Orta ixtisas məktəblərində təcrübə tədris prosesinin mühüm sahəsi olub, tələbələrin nəzəri biliklərinin təcrübi olaraq daha dərindən mənimsənilməsi, onların ixtisaslar üzrə təcrübi biliklərinin formalaşdırılması məqsədini daşıyır. Tədris planlarında müxtəlif ixtisaslar üzrə tədris, texnoloji və diplomqabağı təcrübələr nəzərdə tutulmuşdur. Tədris təcrübəsi ayrı-ayrı fənlər üzrə nəzəri biliklərinin dərindən aşılanması, texnoloji- istehsalat təcrübələrinin gedişinə hazırlıq vəzifəsini daşıyır. Texnoloji – istehsalat təcrübəsi tələbələrinin müəssisələrdə ixtisas fənləri üzrə biliklərinin möhkəmlənməsi və ixtisasa müvafiq vərdiş yaradılmasını təmin edir. Diplomqabağı – istehsalat təcrübəsi, tələbələrin təlim prosesində mənimsədiyi biliklərini təcrübi olaraq həyata keçirilməsi vərdişlərinin yaradılmasına, biliklərinin təkminləşdirilməsinə, qabaqcıl texnologiyanın, müasir təlim üsullarının, Dövlət Attestasiyası sualları cavablarının öyrənilməsinə, seçilmiş ixtisasa müvafiq olaraq təşkliatçılıq qabiliyyətinin yaradılmasına xidmət edir. İxtisaslara müvafiq olaraq, pedaqoji yönümlü ixtisaslar – “İngilis dili”, “İbtidai təhsil”, “Bədən tərbiyəsi və idman” ixtisasları üzrə qrup tələbələri Mingəçevir şəhər 2, 10, 13, 14, 16, 17 № li orta ümumtəhsil məktəblərinə, “Turizm və onun təşkili” ixtisasları üzrə qrup tələbələri Mingəçevir “Günəşli” Turist bazasında, “Mehmanxana işi və onun təşkili” ixtisası üzrə qrup tələbələri Mingəçevir “Kür” mehmanxanasında, “TSKK-da tibbi xidmətin təşkili” ixtisası üzrə qrup tələbələri “Mingəçevir Tələbə Poliklinikasında, Mingəçevir Dəri Zöhrəvi xəstəxanasında, “Dekorativ tətbiqi incəsənət və xalq sənəti” ixtisası üzrə qrup tələbələri Mingəçevir şəhər Təhsil şöbəsi nəzdində fəaliyyət göstərən Mingəçevir uşaq yaradıcıq mərkəzində, Mingəçevir Dövlət Rəsm Qalereyasında keçmişlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayevin 2008-ci ilin dekabrında kollecimizdə olarkən Turizm ixtisasları üzrə qrup tələbələrinin regionlarda müasir tipli otel və turizm bazalarında təcrübədən keçməsi istiqamətində verdiyi tapşırıqlardan sonra müvafiq ixtisaslar üzrə son iki ildə kollecin bir sıra tələbələri təcrübələrini Qəbələ Resort Oteli, Oğuz “Afra” otelində Mingəçevir River Side mehmanxanasında, “Şəki saray” otelində, Sumqayıt “Term” Hotelində və digər müəssisələrdə keçirirlər. Bu mütəxəssislərin daha keyfiyyətli hazırlığına imkan verir və hal- hazırda təcrübənin xarici ölkələrdə keçilməsi ilə əlaqədar işlər aparılır. Qiyabi şöbə üzrə təhsil alan tələbələr diplomqabağı təcrübələrini öz iş yerlərində və istəklərinə uyğun olaraq müvafiq müəssisələrdə keçirirlər. Təcrübələrin daha geniş diapazonda daha keyfiyyətli gedişini təmin etmək məqsədilə işlər aparılır. Əsas məqsəd Turizm bazaları üçün yüksək səviyyəli mütəxəssis hazırlığına nail olmaqdır. Kollecin “Turizm və onun təşkili” ixtisası üzrə TT-12 saylı qrup tələbəsi Fidan Hüseynova texnolji təcrübəni Qafqaz Resort otelində keçmiş, təcrübə müddətində tələbənin hazırlıq səviyyəsi otel rəhbərliyinin diqqətini cəlb etmiş, tələbə kolleci bitirdikdən sonra otellə əməkdaşlığa dəvət olunmuşdur. The students of college in practice Practice is the most important area of education at schools and it is very useful for students to master their theoretical knowledge. Different experiments and thesis were intended according to technological and training areas. These experiments are very useful for mastering knowledge and preparing technological and industrial practice. The technological and industrial practice is also useful to get habits according to their profession. Thesis Practice helps to improve their professions, executing the knowledge, which they got during the lessons, to get best answers to State Attestation, creating organizing ability according chosen professions. According to professions, the students of the faculties of “The English language”, “Primary Education”, “Physical culture and Sport” were sent to the schools number 2, 10, 13, 14, 16, the students of the faculty of “Tourism and its organization” were sent to “Gunashli” tourism source, the students of the faculty of “The Hotel Work and its organization” were sent to the Hotel Kur, the students of the faculty of “Organizing Medical services” were sent to the Students’ Polyclinic and Skin Venereal Hospital, the students of the faculty of “Decorative, Applied Art and Folk Art” were sent to the State Art Gallery of Mingachevir City. After Abulfaz Qarayev’s tasks the minister of Culture and Tourism of the Azerbaijan Republic about the experiments of students “Tourism and its organization” faculty at the regional hotels, , when he was at our collage, 2008, the students get practice in “Gabala Resort Hotel”, “Arfa” Hotel in Oguz, “River Side hotel ” in Mingechevir, “Shaki Saray Hotel” in Shaki, “Term Hotel” in Sumqayit in the latest 2 years. Improving professions and passing experiments the authority tries to get international contacts with other countries. The students of Part-Time get practice in their regions according their wishes. Measures are carried out improving works in widely range. The main aim is preparation of high-qualified experts for tourism sources. Fidan Huseynova, the student of TT-12, - faculty “Tourism and its organization” practiced at Gafqaz Resort Hotel, the authority of hotel approved student’s preparation and decided to collaborate with her after graduated the college.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 4003

        

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Pedaqoji şura iclasındakı müzakirələr

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci