ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası

Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.


     Səyahətlər və ekskursiya şöbəsinin müdiri İdrisova Nazan, kollecin turizm müəllimi Kərimov Bəhruz və “Turizmin təşkili” və “Turist , mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi” ixtisasları üzrə seçilmiş 16 nəfərlik ekskursiya qrupu ilk olaraq şəhərin girişində yerləşən dahi Nizaminin məqbərəsini ziyarət etdilər .Bələdçi Nizami yaradıcılığı haqda tələbələrə geniş və ətraflı məlumat verdi . Daha sonra məqbərənin arxa hissəsində yerləşmiş Nizami Gəncəvinin ata – anasının dəfn olunduğu sərdabə ziyarət edildi. Növbəti dayanacaq Gəncə şəhərinin mərkəzində yerləşmiş Cavad xan abidəsi , XVII  əsrə aid Şah Abbas məscidi və Çökək hamam oldu . Tələbələrin marağına səbəb olan bu ziyarətdən sonra məşhur  “Butulka ev” lə tələbələr tanış edildilər. Yeni Gəncədə yerləşən “Heydər Əliyev” parkında tələbələrin istirahəti və naharı təşkil edildi. Ekskursiya XVII-XIX əsrə aid “İmamzadə tikililər kompleksi” nə ziyatətlə başa çatdı.

          Ekskursiya tələbələrin marağına səbəb oldu və xatirə şəkilləri çəkdirildi.

          Ekskursiya qrupunun tərkibi:

 1.Əkbərova Gülər

2.Mirzəyev Mehman

3.Nəsirova Əsmət

4.Həsənova Aytac

5.Musayev Fərid

6.Rüstəmov Hüseyn

7.Rəhmanlı Nicat

8.Tacəddinli Elvin

9.Mustafayev Fərhad

10.Cukrayeva Gülçin

11.Ramazanova Şəbnəm

12.Qurbanova Ulduz

13.Məmmədova Vəsilə

14.Ağayev Faiq

15.Səfərova Meset

16.Hacalıyeva Zənurə


 
Əlavə edilmə tarixi: 12.04.2016   |   Baxılma sayı: 776

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci