ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində ordumuza dəstək aksiyası keçirildi.


Son günlər Dağlıq Qarabağ münaqişəsi bölgəsində baş verən hadisələr düşmənin fitnəkarlığı nəticəsində atəşkəsin geniş miqyasda pozulması  MTK  kollektivini də biganə  qoymayıb. Milli ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi işğal olunmuş ərazilərin azad olunacağına ümidləri xeyli artırmışdır. Hər bir ölkə vətəndaşı kimi kollektivin bütün üzvləri ordumuzun düşməni tezliklə qəti məğlub edərək torpaqlarımızı azad edəcəyi günü səbirsizliklə gözləyir.

 Aprelin     5-də kollecin tədris korpusunun qarşısındakı ərazidə   ordumuza dəstək aksiyası keçirildi. Toplantıda  çıxış edən kollecin direktoru,  prof. Əyyub Əyyubov son vəziyyət haqqında iştirakçılara məlumat verdi. Ordumuzun qələbələrindən yaranmış nikbin, yüksək əhval –ruhiyyəni,  gənclərdə güclənmiş vətənpərvərlik duyğularını dəyərləndirdi. Ordumuzun tezliklə torpaqlarımızı tam azad edəcəyinə qəti inamını ifadə etdi. Tədbirdə dosent  İbrahim Əyyubov,  Əşrəf Əsgərov, pedaqoqlar  Eldar  Dərişov,  Gülnarə  Şükürova  da çıxış edərək milli ordumuzun son qələbələrindən duyduqları sevinc və qürur hislərini iştirakçılarla bölüşdülər.

Tələbə gənclərdən Göyçək Vəlizadə vətənpər ruhlu şerləri ilə iştirakçıları daha da coşdurdu.

 Tələbələr natiqlərin çıxışlarını böyük ruh yüksəkliyi   və vətənpərvərlik şüarları ilə qarşılayırdılar.  Həmçinin,  istedadlı tələbələrdən Vüqar və Elxan söz alaraq vətənpərvər  mahnılar ifa etdilər. Kollec kollektivinin  ordumuza dəstək aksiyası böyük ruh yüksəkliyi  şəraitində başa çatdı.

https://www.youtube.com/watch?v=GEXjsVwRzVk


 
Əlavə edilmə tarixi: 05.04.2016   |   Baxılma sayı: 533

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.

Mingəçevir Turizm Kolleci: Maraqlı istirahət
Hər il olduğu kimi, bu il də 2015/16- cı tədris ilini müvəffəqiyyətlə başa vuran Mingəçevir Turizm Kollecinin bütün kollektivi 1 günlük Şəki rayon “Narın Qala” isatirahət mərkəzində 20 iyul 2016-cı il tarixdə istirahətdə olmuşlar

Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.

Xanım Məmmədova f.e.n. Mingəçevir Turizm Kollecinin “Dillər” fənn komissiyasının sədri

Mingəçevir Turizm Kollecində 28 may “Respublika günü” qeyd edildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci