ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində elmi – nəzəri konfrans

Mart ayının 31-i səhəri Mingəçevir Turizm Kollecinin kollektivi üçün Şəhidlər Xiyabanı xatirə kompleksində açıldı. Təhsil müəssisəsinin pedaqoqlu – tələbəli böyük bir heyəti tər çiçək dəstələri ilə xiyabana axın etdi. Onlar burada ucaldılmış Azərbaycanlıların soyqrımı və deportasiya qurbanları abidəsini cəmi Mingəçevirlilər kimi ziyarət edib soyqırım qurbanlarının xatirəsinə ehtiram nümayış etdirdi.


Günün ikinci yarısında isə kollec tərəfindən  son bir həftə ərzində 31 Mart Azərbaycanlıların Soyqırım Günü münasibətilə həyata keçirilmiş silsilə tədbirlərin ən önəmlisi gerçəkləşdirildi. Müəssisənin Heydər Əliyev İdeoloji  Mərkəzində  “ 31 Mart Soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı elmi-nəzəri konfrans öz işinə başladı.

     Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov 31 mart soyqırımı qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin xatirəsini  bir dəqiqəlik xatirə sükutu ilə yad etməyi təklif etdi. Daha sonra çıxışına davam edən Əyyub Əyyubov əsrlər boyu  bədnam ermənilər və  havadarları tərəfindən Türk dünyasına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya və soyqırım siyasətinin əsl mahiyyətini elmi yorumu ilə iştirakçıların diqqətinə çatdırdı. Bu zaman  ünlü elm adamı  ayrı-ayrı tarixi dönəmlər  nəzərə alınmaqla konkret olaraq 1918-ci il  Mart Soyqırımı  zamanı işgəncə ilə qanına qəltan edilmiş soydaşlarımız haqqında tükürpədici  rəsmi rəqəmlər açıqladı.

    Əyyub Əyyubov bu kimi faciələrimizin gün işığına çıxarılmasında ulu öndər Heydər Əliyevin  böyük xidmətləri olduğunu xatırladaraq, bu gün də onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən  eyni  vətənpərvər həssaslıqla məqsədyönlü addımlar atıldığını  xüsusi qeyd etdi.

    Daha sonra  konfransın digər məzmunlu məruzələri dinlənildi. Pedaqoqlar Elnarə İsmayılova, Xatirə Rzayeva, Püstə Mürşüdova və Səbinə Hüseynova müvafiq olaraq  ” Ermənilərin XX əsrin əvvəlində azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti”,  “1918 –ci ilin martında daşnakların Bakıda törətdiyi amansız cinayətlər”, ”1918-ci ilin yazında Şamaxı və Quba şəhərlərində törədilən kütləvi qırğınlar” və  “1918-ci  ildə Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərində törədilən kütləvi qırğınlar “  mövzularında  geniş məruzələr səsləndirdi.

    Ənənəyə müvafiq olaraq  elmi- nəzəri konfrans   ədəbiyyat  müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə istedadlı tələbələr tərəfindən hazırlanmış və soyqırım hadisələrinə həsr olunmuş ədəbi- bədii kompazisiyanın nümayişi ilə davam etdirildi.

    Konfransa yekun vuran  professor Əyyub Əyyubov  uca Tanrıdan   bütün şəhidlərimizə rəhmət dilədi. Eyni zamanda üzünü iştirakçılara tutaraq – “Biz bu cür faciələrimizdən nəticə çıxararaq daha  tədbirli  davranmalıyıq. Bunun üçün isə pedaqoq kimi acı həqiqətlərimizi  yetişməkdə olan gənc nəslə daha dürüst və dolğun şəkildə çatdırmaq üçün maksimum istəklə çalışmalıyıq” - dedi.


 
Əlavə edilmə tarixi: 31.03.2016   |   Baxılma sayı: 1172

                                

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci