ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Novruz coşqusu.

Əgər bir kimsə kənardan boylanıb müşahidə etsə və bir anlığa hansı ünvanda olduğunun fərqinə varmasaydı Turizm Kollecinin ən böyük meydanında səs-sorağı dörd bir yana sədalanan Novruz coşqusunun bir təhsil ocağının kollektivinə deyil bütün Mingəçevir ictimaiyyətininə aid olduğunu zənn edərdi.Baharın gəlişi və mili ruhumuzun təcəssümü olan Novruz bayramı regionun ən böyük təhsil müəssisələrindən olan Mingəçevir Turizm Kollecində məhz bu sayaq təntənə və şadlıq içində qarşılandı.


Öncə ondan başlayaq ki,Ulu Öndər Heydər Əliyevin çöhrəsi təbəssümlə dolu  iri möhtəşəm portreti önündə yer alan bayram meydanı  təqdirəlayiq   Novruz elementləri   ilə zəngin tərtibat xüsusiyyətləri ilə seçilirdi. Ayrı-ayrı  tələbə qruplarının təşəbbüsü və yaxından iştirakı ilə bəzənmiş bayram süfrələri  şənliyinə bir başqa gözəllik və xoş ovqat,iştirakçıların qəlbinə isə yüksək əhvalı- ruhiyə bəxş edirdi.Bu məqamda kimsənin diqqətindən yayinmayan bir  mühüm amili xüsusi vurğulamağa dəyər.Belə ki,bayram şənliyə rəng qatan təkcə tərtibat,ləziz şirniyyatlarla bəzədilmiş bayram xonçaları  və göz oxşayan Novruz tonqalı deyildi.Meydan boyu cərgələnən milli geyimli oğlan və qızların sərgilədiyi  obrazlı adət-ənənələr,vaxtilə ulu ağsaqqal və ağbirçəklərimizin,gənc oğlan və ağsaqqaılların gündəlik olaraq yararlandığı əmək və məişət əşyaları sözün əsl mənasənda Bahar bayramının xalqın ruhunda  əbədilik  qazanmış dəyərli tarixi bir ənənə və milli təqvim olduğunu təcəssüm etdirirdi.Belə bir təbii aura içində hər bir iştirakçı özünü xəyalən  də olsa Ulu Qorqudun ocağı başindaymiş kimi hiss edirdi.Bütün yaradılan və nümayiş etdirilən hər nə vardısa milli dəyərlərin imkan daxilində ən incə məqamları nəzərə alınmaqla ən yüksək səviyyədə nümayişinə və təbliğinə  hesablanmışdı. Hadisələri qabaqlayaraq qeyd etmək istərdik ki,kollektiv növbəti uğurlu təşkilatçılıq  bacarığı ilə  hər kəsi, o cümlədən yüzlərlə bayram iştirakçısını və çox sayda dəvətli qonağı təəccübləndirə bildi. Bu həm də nüfuzlu təhsil müəssisəsinin hüdud tanimayan potensialının növbəti  başarılı nümunəsi kimi dəyərləndirilə bilər.

                   Novruz şənliyinə hazırlıq prosesinə  kollektivin sərgilədiyi  təşkilatçılıq keyfiyyətləri  və  məsuliyyətli münasibət barədə söylədiklərimiz  bu möhtəşəm bayram şənliyində alınan təəsüratların kiçik bir hissəsini əks etdirir.Əsas olan isə bayram şənliyinin özü, məzmunu və mahiyyəti idi.Bəri başdan söyləyək ki,hazırlıqla gedişat ayrilmaz şəkildə vəhdət təşkil edirdi.Adətən Turizm Kolleci ictimai mədəni kütləvi tədbirlərdə istedadlı tələbələri və həmin tələbələrin iştirakı ilə təqdim olunan uğurlu bədii proqramlarla seçilir.Qısa haşiyə çıxaraq xatırlatmaq yerinə düşər ki, məhz tələbələrinin bu diqqət çəkən üstünlükləri müqabilində kollecli istedadlar davamlı olaraq ümumşəhər əhəmiyyətli tədbirlərə xüsusi dəvət alır,yaxud bütövlükdə hansısa tədbirin hazırlıq işləri  və bədii proqram təqdimatı bu işgüzar kollektivin bacarıqlı gənclərinə həvalə olunur. Bu mənada  hər zaman   Turizm kollecinin ismi keçən tədbirlərə güclü ictimai maraq yaranır.

                   Kollektivin bu ilkı Novruz təntənələrini 2 qat,3 qat əlamətdar edən digər mühüm səbəblər də vardı. Birincisi ona görə ki.ölkə prezidentinin fərmanı ilə yardılmış və Azərbaycanda turizm sahəsinin inkişafı üçün zəruri olan ixtisaslı kadr hazırlığı missiyasını yerinə yetirən nüfuzlu təhsil ocağı bir neçə həftə sonra təntənəli şəkildə 10 yaşını qeyd etməyə hazırlaşır.Bu dönəm kollektiv üçün  tədris və təlim sahəsində əldə olunmuş çoxsayli nailiyyətlər, ilbə-il genişlənən beynəlxalq əlaqələr  və  avropa əhəmiyyətli  nüfuzlu təhsil layihələrində ölkənin və dünyanın qabaqcıl təhsil müəssisələri ilə birgə uğurlu iştirak dövrü kimi xarakterik olub.İkinci əlamətdar hadisə isə qeyd olunan 10 il ərzində  başarılı idarəçiliyi,həmçinin elmi-pedoqoji təcrübəsi və potensialı sayəsində Turizm Kolecini uğurdan-uğura daşımağa müəssər olmuş ünlü elm adamı,iqtisad elmləri doktoru  ,professor Əyyub Əyyubovun bu günlərdə 60 illik yubiley yaşı tamam olub. Təkcə yaşadığı regionda  və ölkədə deyil  bütün avropanın elm təhsil mərkəzlərində ismi  hörmət və rəğbətlə anılan Əyyub Əyyubov  doğma kollektivində təkcə rəhbər kimi deyil ,həm də qardaş,ata doğmalığı ilə sevilən bir şəxs imicinə malikdir. Qeyd olunan bu və digər səbəblər Novruz şənliyində  müxtəlif müsbət emosianal cizgilərdə təcəssümünü tapırdı.İfa olunan müxtəlif məzmunlu şerlər, milli və müasir musiqi nümunələri,nümayiş olunan  və özündə obrazlaşdırılmış Novruz qəhrəmanlarını və ənənələrini əks etdirən  maraqlı səhnəciklər,milli oyunlar, yarışmalar və daha nələr-nələr  tədbir boyu ürəkləri fəth etdi.Qorqud Ata,  Bahar qız, Keçəl, Kosa, milli geyimli qızların ifasında səslənən folklor nümunələri, kəndir dartışması,yumurta döyüşləri  ,təbriklər və zarafatlar gözlər önündə ifadə olunması çətin olan görüntülər və xoş mənzərə canlandırırdı.Bayram təbriki ilə doğma kollektivinə üz tutan  Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov da  meydanı növbəti dəfə alqışlarla  coşduran emosianal və məzmunlu çıxışı ilə yadda qaldı.Müstəqil dövlətçiliyimiz Tanrının bizlərə nəsib etdiyi böyük bir qismət,zəngiz tariximiz,mədəniyyətimiz,təkrarsız gözəlliyi ilə seçilən adət ənənələrimiz ,o cümlədən  Novruz bayramımız  böyük milli sərvətimizdir-dedi. Əyyub Əyyubov bu azad və qudrətli günlərin memarı olan ulu ündər Heydər Əliyevin adını xüsusi ehtiramla anaraq  dövlətçiliyimizin bu günü,sabitliyimizin təməl müəllifi, təhsilimizin, gələcəyimizin və firəvanlığımızın təminatı ilk növbədə O böyük  dahi şəxsiyyətin adı  və xidmətləri ilə bağlıdır söyləyərək, məhz Heydər Əliyevin təəssübkeşliyi və vətənpərvərliyi sayəsində  Novruz bayramının ən yüksək səviyyədə qeyd olunmağa başlandığını iştirakçıların diqqətinə çatdirdı. Dəyərli elm adamı Heydər Əliyev irsinə sədaqəti ilə seçilən  prezident İlham Əliyevi güclü məntiqə,siyasi məharətə və iradəyə sahib  əsl lider kimi xarakterizə etdi və bu gözəl bayram günündə  ona və ailə üzvlərinə  və onların timsalında bütün azərbaycan xalqına yeni nəaliyyətlər arzuladı.

                    Təbrik nitqində  Turizm Kollecinin keçdiyi 10 illik şərəfli yola nəzər yetirən professor əldə olunan uğurlara toxunaraq bu  nəaliyyətlərin davamlı olacağına əmin olduğunu bildirdi.Hər zaman kollektivə mənəvi dayaq olan Mədəniyət və Turizm Nazirliyinin və şəhər rəhbərliyinin ünvanına ən xoş arzularını çatdırdı.Əyyub Əyyubov ən son Novruz   arzusu olaraq  Ulu Tanrıdan xalqımiza  torpaqları işğaldan azad olunmuş bütöv Azərbaycan qismət etməyi dilədi.

                 Ardınca çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm-Təhsil və Gənclərlə İş şöbəsinin böyük məsləhətçisi Vüqar Baxışov tədbirlə bağlı  təəsüratlarını və bayram təbriklərini paylaqşdı

                  Daha sonra milli obrazların iştirakı ilə bayram Tonqalı alovlandırıdı.Bayram şənliyi belə demək mümkünsə yeni rəng aldı.Meydan  təmamən nəğməyə və rəqslərə büründü.Turizm Kollecinin direktoru  Əyyub Əyyubov məhz bu anlarda ənənəsinə sadiq qalaraq  meydan boyu cərgilənən  guşələri dolaşaraq bayram süfrələri ətrafında yer alan pedaq və tələbələri  salamladı.Süfrələri bəzəyən ləziz təamlardan dadan  ünlü elm adamı təbrikləşməklə yanaşı həmkarları və yetirmələri ilə yumurta döyüşdümək imkanını da qaçırmadı.Bu anlar heç şübhəsiz tədbir iştirakçılarının hafizəsindən  uzun müddət silinməyəcək.

                 Beləcə ünlü təhsil ocağı kollektiv mütəşəkilliklə  milli bayramına-Novruza növbəti dəfə isti qucaq açdı.Hər kəs ürək dolusu sevindi,şadlandı,əyləndi  və necə deyərlər tədris prosesinin yorğunluğunu ,bayramın isə keyfini çıxardı.


 
Əlavə edilmə tarixi: 18.03.2016   |   Baxılma sayı: 626

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci