ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





MingəçevirTurizm Kollecində Xocalı soyqırımının ildönümü qeyd olundu.

XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı hər il ölkəmizdə dərin hüznlə,böyük sayğı və ehtiramla yad olunur.Ölkənin aparıcı tədris müəssisələri,əlaqədar dövlət qurumları və gənclər təşkilatları bu faciə haqqında bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,yetişən gənc nəsləöyrədilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.Mingəçevir Turizm Kollecindədə hər il Xocalı faciəsiyad olunur,faciənin ildönümünə həsr olunan müxtəlif tədbirlər keçirilir.


Bu il də Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə kollecin tədbirlər planına uyğun olaraq  silsilə tədbirlər keçirilib.Şöbələrin və tələbə-gənclər təşkilatının, müəllimlərin və tələbələrin iştirakı ilə debatlar,disıkussiyalar təşkil olunmuş, hadisənin  canlı şahidləri ilə görüşlər keçirilmiş, kitab və rəsm sərgiləri düzənlənmiş, nümunəvi açıq dərslərdə Xocalı faciəsindən bəhs edən müzakirələr aparılmışdır. Eyni zamanda Kollecin əsas tədris korpusunda təşkil olunmuş stend və guşələrdə ayrı-ayrı  qruplar tərəfindən tərtib olunmuş divar qəzetləri və plakatlar nümayiş olunmaqdadr.Tələbələr arasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş  inşa yazı, rəsm və əl işləri müsabiqələri də öz aktuallığı ilə diqqət mərkəzində olmuşdur. Ən əsası 25 fevral 2016-cı il tarixdə keçirilmiş dərslərin ilk saatları bütünlüklə Xocalı faciəsinə həsr edilmişdir.

     Nəhayət bu gün fevral  ayının 25-də tədbirlər silsiləsi zirvə nöqtəsinə yetişib.  Pedaqoq və tələbələrin iştirakı ilə “Xocalı soyqırımı bəşər tarixində ən qanlı cinayətdir” mövzusunda elmi-nəzəri konfrans keçirildi.Konfrans iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Konfransı açıq elan edən Mingəçevir Turizm kollecinin direktoru  iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən himayədarlarının köməyi ilə Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətləri bəşəriyyət tarixində indiyədək baş vermiş ən dəhşətli faciələrdən biri olduğunu qeyd etdi. Ünlü elm adamı faciə ərəfəsində Qarabağ bölgəsində mövcud olmuş hərbi-siyasi vəziyyəti qısaca təhlil etdi.Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatdı.Ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə əlaqədar qurumların beynəlxalq aləmdə bu istiqamətdə apardığı fədakar fəaliyyətlərini xüsusi vurğuladı.Təhsil müəssisələrinin də bu baxımdan ciddi işlər görməli olduğunu diqqətə çatdırdı.Daha sonra konfrans iştirakçılarına Xocalı Soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirildi.

      Konfransda pedaqoqlarEldar Dərişov,Xəyalə Abbasova, Məleykə Vəliməmmədova, Bəsti Qurbanova və Tural Kərimov müvafiq olaraq “Xocalı

faciəsinin dünyaya tanınmasında Heydər Əliyevin rolu”, “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir”, “Azərbaycan hərbçiləri tərəfindən Xocalı aeroportunun mərdliklə müdafiə edilməsi”, “Xocalı soyqırımı xalqımızın tarixi faciəsi və qan yaddaşımızdır”, “Xocalı soyqırımının dünya dövlətlərinə tanıtdırılması istiqamətində gənclərin rolu” mövzuları üzrə maraqlı məruzələr səsləndirdi.

Daha sonra konfrans kollecin bədii özfəaliyyət qrupu tərəfindən hazırlanmış və Xocalı faciəsinəhəsr olunmuş ədəbi-bədii kompazisiyanın nümayişi ilə davam etdirildi.

Konfransa yekun vuran prof. Əyyub Əyyubov gələcəkdə də azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində pedaqoq və tələbələrin önəmli rolu ola biləcəyini xatırladaraq hər kəsi fəallıq və vətənpərvərlik örnəyi nümayiş etdirməyə dəvət etdi.


 
Əlavə edilmə tarixi: 25.02.2016   |   Baxılma sayı: 414

                                

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci