ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda elmi nəzəri konfrans keçirilib.


. Daima yüksək təşkilatçılıq potensialı  və öncüllüyü ilə seçilən Mingəçevir Turizm Kollecinin kollektivi bu dəfə də ənənəsinə sadiq qalaraq dövlət əhəmiyyətli ideoloji məfkurənin ən fəal təbliğatçıları sırasında yer almaq üçün ilk uğurlu addımını atdı. Mingəçevir şəhər İcra Hakimiyyətindən dəvət olunmuş rəsmi qonağın da qatıldığı möhtəşəm bir elmi-nəzəri konfransa təşəbbüskar və təşkilatçı qismində ev sahibliyi etdi. Təkcə bir faktın açıqlanması tədbirin önəminə kollektiv tərəfindən göstərilən ciddi münasibətin mahiyyəti barədə yetərincə müsbət təəssürat formalaşdıra bilər. Hadisələri qabaqlayaraq bildirək ki, iştirakçılar  konfrans boyu  indiyədək heç şəhər miqyasında da rastlaşmadıqları məruzəçi sayı və məruzə müxtəlifliyi ilə baş-başa qaldı. Görünür iştirakçılar mədəniyyətlər mərkəzi kimi tanınan Azərbaycanda mədəniyyətlər və inanclar müxtlifliyini bundan sonra da möhkəm tellərlə qoruyub sabahlara daşımağın məmləkət əhli üçün nə qədər önəmli olduğunu yaxşı dərk edir. Ən azından Turizm Kollecində qeyd olunan rəngarəngliyi və doğmalığı kollektiv gündəlik olaraq görür, duyur, yaşayır və onun müsbət təsirindən ilham alaraq normal fəaliyyətini təmin edir.

   Açılış nitqi ilə konfrans iştirakçılarını  salamlayan Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da kollektivdə hökm sürən tolerant və multikultural münasibətlərin diqqət çəkən məqamlarından söhbət açdı. O, pedaqoq və tələbələr arasında çoxsayda etnik mənsubiyyətə, mədəni təfəkkür tərzinə və inanca sahib olan insanın yer alığını xatırladaraq - biz 10 ildir ki, bu müxtəliflikdən xüsusi zöva alır, olanlarımız haqqında məlumatlarımızı paylaşır, biri-birimizi həvəslə tədqiq etməyə meyllənir, fərqli etnik danışıq tərzimizə, dini inanclarımıza və mədəni mirasımıza məhəbbət ruhunda köklənirik. Bütün bunları isə Azərbaycançılıq məfkurəsinə səmimi qəlbdən bağlılığımız sayəsində əsl gerçəkliyə çevirmək mümkün olur. O məfkurə ki, onun memarı həm də müasir dövlətçilik ənənələrini bizlərə bəxş etmiş bir tarixi şəxsiyyət - Ulu Öndər Heydər Əliyevdir – dedi. Dəyərli elm adamı böyük öndər tərəfindən başlanılmış və multikultural ənənələrin möhkəmlənməsinə xidmət edən geniş miqyaslı tədbirlərin bu gün prezident İlham Əliyev tərəfindən məntiqi ardıcıllıqla davam etdirildiyini vurğuladı. Əyyub Əyyubov əsaslı şəkildə bərpa edilən və  yeni inşa olunan məscid, məbəd, kilsə, sinaqoq və mədəniyyət mərkəzlərinin adlarını açıqlayaraq bu kimi addımların dövlətin tolerant imicinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi.

   Ardınca multikultural ənənələrin Azərbaycanda təşəkkül və inkişaf mərhələsini əks etdirən video çarxa baxış keçirildi.

   Daha sonra  Mingəçevir şəhər  İcra Hakimiyyətinin ictimai, siyasi və  humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Multikulturalizm Azərbaycanda əsas həyat tərzidir” mövzusunda geniş və məzmunlu məruzə etdi. Sahib Əliyev multikulturalizmin  azərbaycan örnəyinin dünya ictimaiyyəti arasında geniş rezonans doğurduğunu və milli modelimizə olan marağın xeyli artdığını iştirakçıların diqqətinə çatdırdı. Məruzəçi  ümumi uğurlarımıza kölgə salmaq niyyətində olanların da mövcudluğunu diqqətdə saxlamağın vacibliyindən danışdı. O, müxtəlif qanundan kənar yollarla aldadılıb digər ölkələrdə gedən münaqişələrə cəlb olunan soydaşlarımıza yönəlik ciddi hüquqi tədbirlər görüldüyünü xatırladaraq bu prosesdə ictimai fəallığın artırılmasının da mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

   Ardınca konfransda digər məruzələr dinlənildi. İqtisad elmləri namizədi dossent İbrahim Əyyubov, pedaqoqlar Sevda Kərimova, Zahidə Dursunova,Tünzalə Nuriyeva,Tural Kərimov, İradə Cəfərova, Cehun Abdullayev, Nazan İdrisova, Elşad Səmədov, Çingiz Nəbiyev və İqbal Xudiyev müvafiq olaraq  “Multikulturalizm və mənəvi özünüdərk”, “Tolerantlıq multikulturalizmin əsas tərkib hissəsidir”, “Multikulturalizm qloballaşma dövrünün çağırışı kimi”, “Multikulturalizm siyasəti və vətəndaş cəmiyyəti”, “Multikulturalizm və vətənpərvərlik”, “ Multikulturalizm və plüralizm”, “Mədəni siyasət strategıyasında multikulturalizm ideyalarının dinamikası”, “Qafqazda multikulturalizm və Azərbaycan modeli”, “Müasir dövrdə multikulturalizm anlayışında dəyərlərin transformasiyası”, “Multikulturalizm şəraitində dinlərarası dialoq” və “Dəyişən dəyərlər və multikulturalizm”  mövzularında məzmunlu məruzələrlə çıxış etdi.

    Elmi -nəzəri konfransa yekun vuran professor Əyyub Əyyubov 2016-cı ilin dövlət başçısı tərəfindən Multikulturalizm İli elan olunmasını mühüm hadisə kimi dəyərləndirdi. Bu baxımdan pedaqoq və tələbələrin üzərinə böyük vəzifələr və məsuliyyət düşdüyünü xatırladaraq hər kəsi mövcud dəyərlərimizin inkişaf etdirilərək daha da məqsədyönlü şəkildə təbliğ və təşviq olunması prosesində fəallığa dəvət etdi.


 
Əlavə edilmə tarixi: 20.02.2016   |   Baxılma sayı: 603

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci