ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





9 May Qələbə günü / May 9, Victory Day


9 May Qələbə günü Mayın 9-da Mingəçevir şəhərinin Qələbə meydanında II Dünya müharibəsində faşist Almaniyası üzərində əldə olunmuş tarixi zəfərin 65 illiyi münasibətilə ümumşəhər tədbiri keçirildi. Mingəçevir Turizm Kollecinin kollektivi həmişə olduğu kimi Qələbə gününə həsr olunmuş bayram mərasimində də fəal iştirak etdi. Kollecin müəllim və tələbə heyəti əvvəlcə mütəşəkkil qaydada ümumşəhər tədbirinin keçiriləcəyi meydana toplandı. Daha sonra kollektivin üzvləri meydanda kollec üzrə ayrılmış yeri tutdular. Ümumşəhər tədbiri saat 11:00-da başlandı. Tədbirin aparıcısı Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov bayram mərasimini açıq élan etdi. Çıxış üçün ilk söz Şəhər İcra Hakimiyyəti başçısı Mübariz Ağayevə verildi. Cənab M.Ağayev Qələbə gününün tarixi əhəmiyyətindən bəhs etdi. Müharibə veteranları və bütün xalqımızı bu əlamətdar tarixi gün münasibətilə təbrik etdi. Daha sonra millət vəkili Aydın Mirzəzadə, şəhər ictimaiyyətinin nümayəndələri Məhbubə Bağırova, Ələm Məmmədov və başqaları çıxış edərək Qələbə bayramı haqqında özlərinin ürək sözlərini söylədilər. Çıxışlardan sonra tədbir iştirakçıları müharibə qəhrəmanlarına həsr olunmuş xatirə abidəsinə tər çiçəklər düzdülər. Bayram mərasiminin sonunda şəhərin ümumtəhsil məktəblərini təmsil edən “Şahin” hərbi-idman komandalarının iştirakı ilə keçid təşkil olundu və tədbir yüksək əhvali-ruhiyyədə başa çatdı. May 9, Victory Day Public ceremony was held in Victory square on the occasion of 65th anniversary of victory on the fascism. The staff of Mingachevir Tourism College took part in this ceremony as always. Firstly the teachers and students gathered organized in the square. Then the staff settled in the place, which delimited for college. The public ceremony began at 11: 00 a.m. Ilham Ismayilov, the I deputy of Chief of the Executive Power, who was announcer of ceremony, declared the meeting. Firstly for report the floor was given to Mubariz Agayev, the Chief of Executive Power. Mr. M. Agayev reported historical importance of this day. He congratulated all people and war veterans on the occasion of this day. Then the floor was given to Aydin Mirzazade, the deputy, Mahbuba Bagirova, Alam Mammedov and other representatives of our city. After the reports the participants placed fresh flowers to the memorial monument. At the end of ceremony the pupils as a member of team “Shahin” showed military crossing and ceremony ended in high spirit.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2084

                        

Paylaş      

SON BAXILANLAR

Европейская Академия Естественных Наук ......ПОЗДРАВЛЕНИЕ!
http://www.eanw.org

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək” adlanan layihə başlandı.

Dövlət Müstəqiliyimizin 25-ci ildönümünün həsr edilmiş tədbirlər planına uyğun olaraq
Mingəçevir Turizm Kollecində mini-futbol turnirinə start verildi

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il öıkə paytaxtında düzənlənən Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə maraq daha da artır.Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin,həmçinin şirkət və müəssisələrin hüdudları yeni coğrafiyalara uzanır.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci