ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci Zərdabi Mətbuat Mərkəzi ilə yeni birgə layihəsini ictimaiyyətə təqdim etdi

Respublika və beynəlxalq əhəmiyyətli layihələrin ən fəal iştirakçılarından olan çoxminli Mingəçevir Turizm Kolleci təqdirəlayiq yeni-yeni təşəbbüsləri ilə fəaliyyət hüdudlarını daha da genişləndirir.


Respublika və beynəlxalq əhəmiyyətli layihələrin ən fəal iştirakçılarından olan  çoxminli Mingəçevir Turizm Kolleci təqdirəlayiq yeni-yeni təşəbbüsləri ilə  fəaliyyət hüdudlarını daha da genişləndirir.Kollektivi bu kimi təşəbbüs və axtarışlara sövq edən başlıca məqsəd ixtisaslı kadr hazırlığı prosesində mütərəqqi tədris-təlim metodlarının tətbiqinə nail  olub pedaqoqların nəzəri və praktik biliklərini  artırmaqdan ibarətdir. Elə Zərdabi Mətbuat Mərkəzi ilə Turizm Kolleci kollektivinin icrasına start verdiyi birgə layihə də bu mənada növbəti gələcək uğurun təməli kimi dəyərləndirilməlidir.”Turizm mövzusu Azərbaycan mediasında- mövcud durum və peşəkarlığın artırılması yolları “ adlanan  layihənin icra müddəti ilin son ayınadək nəzərdə tutulub.İki mərhələdən ibarət layihənin əsas məqsədi  Azərbaycan Kütləvi informasiya vasitələrinin turizm mövzusunun daha fəal,obyektiv və peşəkarlıqla işıqlandırılmasına nail olmaq ,monitorinq aparmaqla bu sahədəki tendesiyaları izləmək,nəticələri ilə müvafiq qurumları,ictimaiyyət nümayəndələrini və Kütləvi informasiya vasitələrini tanış etmək,jurnalistlərin ixtisaslaşmasına yardımçı olmaqdan ibarətdir.Qarşıya qoyulan vəzifələrin icrası məqsədilə  ölkənin 22 aparıcı qəzetinin və 8 informasiya agentliyinin  mövzunu  necə işıqlandırması ilə bağlı monitorinqlər aparılacaq,turizm mövzusunda yazan jurnalistlərin iştirakı ilə 2 dəyrimi masa keçiriləcək,peşəkarlığı ilə seçilən müəlliflər mükafatlandırılacaq və adı çəkilən mövzuda şagird və tələbələr arasında  müxtəlf inşa müsabiqələri təşkil olunacaq.Nəticə etibarı ilə turizm mövzusu daha geniş aspektdə gündəmə gətiriləcək,ixtisaslaşmış jurnalistlər korpusu yaradılacaq və ümumən bu sahədə nəzəri cəlb edən boşluqlar ardan qaldırılacaq.

  Yeni  birgə layihənin təqdimat mərasimində bu və digər məsələlərin önəmindən ətraflı söhbət açan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru ,professor Əyyub Əyyubov  həyata keçirəcəyimiz layihə  turizmin inkişafına tərfimizdən verilən bir dəyərli töhvə kimi yadda qalacaq.Çünki,son nəticədə  pedaqoqlu,tələbəli,jurnalistli və sadə vətəndaşlı hər kəs ,yəni bütün cəmiyyət qazanmış olacaq - söylədi.Dəyərli elm adamı 10 yaşını qeyd etməyə hazırlaşan doğma kollektivinin ötən müddət ərzində ixtisaslı kadr hazırlığı sayəsində əldə etdyi başarılardan,mövcud beynəlxalq əlaqələrin faydasından danışaraq cəlbedici təkliflər səsləndirdi.Mədəniyyət və turizm sahəsinə maraq orta məktəblərdən oyandırılmalıdır.Təkcə jurnalistlər deyil şair və yazıçılar da əsərlərində turizm mövzusunu tələb olunan səviyyədə gündəmə gətirməlidir - dedi. Professor ölkə prezidenti tərəfindən  inkişafı prioritet elan olunmuş turizm sahəsinin gələcəkdə xalqımıza və dövlətimizə qazandıracağı böyük həcmli gəlirlərin arxasınca  məqsədyönlü şəkildə addımlamağın vacib olduğunu qeyd etdi və bunun üçün sözdən əməli fəaliyyətə keçməyin zəruri olduğunu xatırlatdı.Onun fikrincə vətənimi sevirəm söyləmək hələ o qədər də yetərli yanaşma deyil.Vətəni sevdiyini onun  gözəlliklərini,milli mədəni dəyərlərini qoruyub inkişaf etdirib  başqlarına da təqdim etməyi bacarmaq lazımdır deyən dəyərli elm adamı hər kəsi bu yolda yüksək vətənpərvərlik nümayiş etdirməyə səslədi.

  Ardinca söz alan Respublika Mətbuat Şurasının icraçı katibi,Zərdabi Mətbut Mərkəzinin və layihənin rəhbəri Rəhim Hüseynzadə layihə üçün tərəfdaş axtarılarkən Mingəçevir Turizm Kollecinin seçilməsinin təsadüfi hadisə olmadığını bildirdi. Qeyd etdi ki,Turizm və mədəniyyət sahəsi üçün peşəkar kadr hazırlığı missiyasini həyata keçirən çoxminli kollektivin potensialina çoxları kimi o da yaxşı bələddir.Kollecin uğurları haqqında ölkə hüdudlarından kənarda belə yüksək fikir formalaşıb.Digər tərəfdən Turizm Kollecinə tanınmış bir elm adamı,təşəbbüskar və təşkilatçı  bir şəxs rəhbərlik edir.Bu və digər üstünlükəri ilə Mingəçevir Turizm Kolleci istənilən hədəfə yetişmək iqtidarındadır. O ki,qaldı layihənin  ortaya çıxma zərurətinə  Rəhim Hüseynzadə hesab edir ki, bu gün Azərbaycan mediasında ixtisaslaşmış jurnalistlər kifayət deyil, yaxud yox dərəcəsindədir. Mətbuatda işıq üzü görən yazıların da cəmi 2-4 faizini turizmdən bəhs edən materiallar təşkil edir.Belə bir statistika düşünməyə vadar edir,çünki turizm kimi gəlirli bir sahəyə  mətbuatın bu sayaq  soyuq münasibəti qəbul edilməzdir.Rəhim Hüseynzadənin fikrincə sadalanan problemlərin həlli istiqamətində yeni başlanılan layihə uğurlu bir addım olacaq.

   Tədbirdə iştirak edən respublikanin əməkdar jurnalisiti,”Mingəçevir İşıqları” qəzetinin redaktoru Fərman Nəbiyev də zaman –zaman müzakirə olunan məsələlərə münasibət açıqlayaraq turizmə yaradıcı yanaşmanın vacib olduğunu  iştirakçıların diqqətinə çatdırdı. O cümlədən beynəlxalq təcrübədə uğurla tətbiq edilən ev turizmi barədə mülahizələrini paylaşdi.

 Təqdimat mərasimi ümumən çox maraqlı müzakirələrə səhnə oldu.Səmimi diqaloq şəklində davam etdi.Kollektivin rəhbər təmsilçiləri,təcrübəli pedaqoqlari arzu və təkliflərini ifadə etdi,.Əşrəf Əsgərov,Aynurə Abbasova,Çinarə Allahverdiyeva,Sevda Kərimova və başqa iştirakçılar biri-birindən məzmunlu fikirlər səsləndirdi.Açıqlanan bütün fikirlərdə   yeni layihənin növbəti uğurlara yol açacağı bəyan edildi.


 
Əlavə edilmə tarixi: 16.02.2016   |   Baxılma sayı: 495

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci