ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir turizm kollecində 20 yanvar faciəsinin 26 -cı il dönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.


 

         Milli tarixi təqvimləri daima yüksək mütəşəkkillik və təşkilatçılıq  bacarığı ilə qeyd edən coxsaylı Mingəçevir Turizm Kollecinin kollektivi 20 yanvar faciəsinin növbəti ildönümünü bir-birindən məzmunlu silsilə tədbirlərlə qeyd etdi. İnşa və rəsm müsabiqələri, dəyirmi masa və fənn komissiyalarında təşkil olunan aktual müzakirələr tarixi həqiqətlərimizin öyrənilməsi və təbliğ olunması mühüm əhəmiyyət kəsb etdi. Kollektiv turizm kollecinə məxsus internet səhifəsi və mövcud beynalxalq əlaqələr vasitəsilə Azərbaycan xalqının başına gətirilmiş müsibətlərlə bağlı dolğun məlumatlari beynalxalq ictimaiyyətlə paylaşmaq fürsətinidə qaçırmadı. Bu davranışı ilə nüfuzlu təhsil ocağının işguzar kollektivi əsl vətənpərvərlik nümunəsi sərgilədi. Həyata keçirilmiş tədbirlər anım günü ərəfəsinə təsadüf etdi.                                                                                                                                                      Nəhayət turizm kolleci tədbirlər silsiləsinin zirvə nöktəsinə yetişdi. Heydər Əliyev adına ideoloji  mərkəzində “20 yanvar Azərbaycan  xalqının hüzn və şərəf günüdür” adlı elmi- nəzəri konfrans gerçəkləşdirildi.

       Elmi nəzəri konfransı giriş nitqi ilə açıq elan edən Turizm Kollecinin  direktoru, iqtisad elimləri doktoru professor Əyyub Əyyubov 20 yanvar  faciəsidə daxil olmaqla Azərbaycan ərazisi bütövlüyü uğrunda şəhid olmuş qəhraman vətən övladlarının əziz xatirısini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.

       Ardınca çıxışlarına davam edən ünlü elm adamı 1990-cı il 20 yanvar faciəsini yaradan səbəblər,  ittifaq hökumətinin qətliam siyasəti, xalq hərakatının dövlət müstəqilliyinə   aparan fədakarlığından danışdı. Faciə günlərində xalqının müdafiəsinə qalxmış ittifaq rəhbərliyinin ünvanına ən kəskin etirazlarını ünvanlamış ulu öndər Heydər Əliyevin bəyanatını xatırlatdı.  Professor  Əyyub Əyyubov 20 yanvar hadisələrinin həmdə xalqımızın qəhramanlıq tarixi kimi yaddaşlara iz saldığını bəyan etdi.

       Bundan sonra 20 yanvar faciəsindən bəhs edən videoçarxa baxış keçirildi. Ardından konfransın digər məzmunlu məruzələri dinlənildi.

       Elnarə İsmayılova, Nurlana Mustafayeva, Aygün Əzizova və Çingiz Nəbiyev müvafiq olaraq “Sovet rejimi azadlıq uğrunda mübarizəyə qalxan dinc xalqı öz qanına qəltan etdi”, “ 20 yanvar faciəsi Azərbaycan xalqını müstəqilliyə qovuşdurdu” və “Ümumilli lider Heydər Əliyevin Moskvadan 20 yanvar faciəsi törədənlərə sərt bəyanatı” mövzularında məruzələr səsləndirildi.

       Ənənəyə müvafiq olaraq konfrans istedadli tələbələrin nümayiş etdirdiyi ədəbi-bədii kompazisiya ilə davam etdirildi. Təcrübəli pedaqoq Kifayət Əliyevanın rəhbərliyi ilə ərsəyə gələn kompazisiya iştirakçıların qəlbində kövrək duyğulara yol açdı.

        Elmi nəzəri konfransa yekun vuran professor Əyyub Əyyubov günbəgün inkişaf edən müstəqil Azərbaycanın dünya dövlətləri sırasında aparıcı mövqelərə sahib çıxdığını xatırladaraq prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələri fəth etməyə qadir olduğunu iştirakçıların diqqətinə çatdırdı.

        Ünlü elm adamı tariximizin və dəyərlərimizin tədrisi və təbliğində pedaqoq  və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü etiraf edərək biz hamılıqla xalqımızın  və dövlətçiliyimizin daha parlaq sabahı naminə yüksək əminamanlıq və vətənpərvərlik nümayiş etdirməliyik -söylədi.


 
Əlavə edilmə tarixi: 20.01.2016   |   Baxılma sayı: 414

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci