ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm kolleci: yeni və daha böyük hədəflər arxasınca


  İlbə -il qazndığı nailiyyətlərin hududlarını genişlindirməkdə davam edən   Mingəçevir Turizm kolleci yeni və daha böyük hədəflər arxasınca yürüməkdə davam edir. Ən yüksək səviyyədə idarəçilik və təşkilatçılıq xüsusiyyətləri ilə seçilən  çoxminli və nüfuzlu kollektiv potensialı  və perspektivləri ilə ölkənin təhsil və mədəniyyət ictimaiyyətini təəccübləndirməkdə davam edir. Təkcə ölkəninmi...Əslində Turizm           Kollecinin uğurlarının sorağı  Böyük  Britaniyadan, Türkiyədən, Rumuniyadan,  Rusiyadan, Qazaxıstandan, İtaliyadan, Belarusdan, Almaniyadan, Fransadan və İsraildən gəlməkdədir. Məlum olduğu kimi  fəaliyyətə başladığı dönəmlərdən etibarən kollektiv tədris prosesində ən mütərəqqi  təlim üsullarından yararlanmaq  istəyi ilə müasir və qabaqcıl örnəklərdən yararlanmağa çalışıb.  Bu cür örnəkləri nəzəri və praktik cəhətdən mənimsəmək üçün isə əlbəttə ki,m beynəlxalq əlaqələrin qurulması  zərurəti ortaya çixib ki,  kollektiv də   imkanlarını səfərbər edərək mövcud şanslarından maksimum yaralanib. Bu minvalla bir  sira nüfuzlu avropa elm və təhsil müəssisələrlə işgüzar əməkdaşlığın bünövrəsi atılıb.  Ardınca bu möhkəm təməl üzərində təcrübə mübadiləsi  və birgə layihələrdə iştirak məsələsi ortaya çixib.  O cümlədən yerli milli-mədəni özəlliklər və adətlər  nəzərə alınmaqla turizm ixtisası üzrə elmi metodik vasitələrin  və dərsliklərin hazırlanması bu qəbildəndir. Tərəf müqabilləri  ilə qazandığı  müştərək nailiyyətlər Respublika Təhsil,  Mədəniyyət və Turizm nazirliklərinin   və yenə də qabaqcıl avropa təhsil müəssisələrinin diqqətindən yayınmayıb və Turizm Kollecinə biri-birinin ardınca daha maraqlı  işgüzar təkliflər ünvanlanıb. Elə yola salmaq üzrə olduğumuz  2015 –ci il ərzində Avropanın Tempus təhsil proqramı çərçivəsində kollektivin beynəlxalq layihələrdə  fəal iştirakı  da  söylədiklərimizin təzahürü kimi yadda qalıb. Almaniya, Fransa  kimi  inkişaf etmiş dövlətlərin qabaqcıl təhsil ocaqları  ilə böyük layihələrdə birgə iştirak Turizm Kollecinin mövcud müsbət imicini daha da möhkəmləndirib. Xatirlatmaq  yerinə düşər ki, kollektivə olan maraq sayəsində   cari il ərzində Fransa və İsrail dövlətlərinin fövqaladə və səlahiyyətli səfirləri Turizm Kollecini rəsmən ziyarət edib, buradakı potensialı yüksək dəyərləndirərək  kollektivə yeni  sərfəli əməkdaşlıq təklifləri ünvanlandırıb. Fransanın nüfuzlu Qrenobl Akademiyası nümayəndə heyətinin Mingəçevir səfərini  və kollektiv barədə aldığı təəssüratları da buraya əlavə etmək yerinə düşər.

Ölkə paytaxtında   ənənəvi şəkildə təşkil olunan Baki Beynəlxalq  Turizm və Səyahətlər Sərgisində iştirak üçün Turizm Kollecinə  dövlət səviyyəsində göstərilən etimad da səbəbsiz deyil. Düz 3 ildir ki, təhsil müəssisəsi bu sərgiyə dəvət alır və orada nüfuzlu yerli və beynəlxalq təşkilatlar içində olkənin maraqlarını uğurla təmsil edir.

              Turizm Kolleci  sadalanan nailiyyətləri ilə yanaşı gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə xidmət edən saysız hesabsız mədəni kütləvi tədbirlərə ev sahibliyi edir, tələbələrinin elmi yaradiciliğa  maraqlarının artırılmasına ciddi cəhdlə səy göstərir, onların konfrans, simpozium, festival və  idman yarışlarında iştirakını təmin edib uğurlarına vasitəçilik edir.

              Qazanılan bu və digər nailiyyətlər və perspektivlər  mövzusu Aksaray otelinin möhtəşəm salonunda Mingəçevir Turizm Kolleci tərəfindən düzənlənən Yeni il  və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram təntənələrində ən çöx dinlənilən təbriklərin əsas mahiyyətini təşkil edirdi. Xüsusi ilə Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov bayram təbrikini uğurlar və gələcək  hədəflər üzərində kökləmişdi. Ünlü elm adamı  2016 –ci ildə təhsil ocağımız 10 yaşını qeyd edəcək razilaşin ki,  qısa zamanda bu böyüklükdə nailiyyət heç də hər kollektivə müəssər olan bir qismət deyil söylədi. Əlavə etdi ki, hələ irəlidə  bizləri yeni zirvələr gözləyir. Bütün qazancımız   mənbəyini Ulu öndər Heydər Əliyev ideyalarından və prezident cənab İlham Əliyevin atalıq qayğısından  götürür deyən professor hər iki əlamətdar bayram münasibətilə doğma kollektivini və bütövlükdə Azərbaycan xalqını təbrik etdi.

               Qeyd edək   ki, bayram süfrəsi arxasında saatlarla davam edən şənlik həm də bədii əyləncəli xarakter daşiyirdi. Yeni ilin rəmzləşmiş obrazları olan Şaxta baba və  Qar qiz, tələbə və pedaqoqların ifasında səslənən təbriklər, şerlər, nəğmələr və rəqslər tədbirə  unudulmaz cizgilər qatdı.

       Ənənəvi olaraq bu sayaq tədbirlərdə  pedaqoqları bayram hədiyyələri ilə sevindirən  müəssisə həmkarlar ittifaqının sədri, iqtisad elmləri namizədi dosent İbrahim Əyyubov bu dəfə də ənənəsinə sadiq qaldığını nümayiş etdirib hər bir pedaqoqa sovqat veriləcəyini elan etdi.

               Ümumən bayram gecəsi müxtəlif məqamları ilə yadda qaldı. Gənc və təcrübəli pedaqoqlar bayram arzularını paylaşmaqla yanaşı tədbir boyu  gerçəkləşdirilən əyləncəli şer və rəqs müsabiqələrində fəallıq göstərib  digər istedadlarını da nümayiş etdirdi. Bir sözlə çoxminli və nüfuzlu kollektiv  ilin tədris yorğunluğunu arxada buraxıb  qazanılan nəaliyyətlər  işığında doyunca  şadlanıb bayramın keyfini çixardı. Çünki kollektiv bu şadlığı və coşqunu əməli fəaliyyəti ilə haqq etmişdi. Yeri düşmüşkən bir vacib məqamı da bu yerdə xatırlatmağa  ehtiyac var. Son günlər dövlətimizin və xalqımızın maliyyə baxımından çətin sinaqları adlatdığı bir məqamda  insanların bu cür xoş ovqat içinə  alınması çox önəmli və vacib məsələ kimi  Kollec rəhbərliyinin diqqətindən yayınmamışdı. Bu təntənə ilə kollektiv sabahkı günə  daha nikbin yanaşmaqla səfərbər olunmuş oldu. İndi belə bir nikbinliyə, birliyə, bərabərliyə və həmrəyliyə hər bir vətən övladının böyük ehtiyacı var.


 
Əlavə edilmə tarixi: 06.01.2016   |   Baxılma sayı: 783

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il öıkə paytaxtında düzənlənən Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə maraq daha da artır.Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin,həmçinin şirkət və müəssisələrin hüdudları yeni coğrafiyalara uzanır.

Mingəçevir Turizm Kollecinin “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni ili qeyd etdi.

Beynəlxalq Turizm Sərgisi
Bakıda Beynəlxalq Turizm Sərgisi keçirildi

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

Müəllimlər günü
5 Oktyabr “Müəllimlər günü” respublikamzın bütün tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də hər il böyük ruh yüksəkliyi ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci