ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi.


Elə ünvanlar var ki, oraya  ayaq basıb sakinlərini ziyarət etmək həm uca yaradanın  hüzurunda böyük savab sahibi olmaqdir, həm də ümümən bəşəri dəyərlərin keşiyində dayanmaq kimi  böyük hörmətə və təqdirə layiq xidmətdir. Mingəçevir Nevroloji sanotoriyası  valideyin qayğısından uzaq düşmüş  kiçik yaşli sakinləri ilə bərabər məhz belə ünvanlardandır.

Hansı uşaqlar ki, adi  insani  mərhəməti, sığalı  və məhəbbəti böyük sevinc  və coşqu ilə qarşılayır hər zaman. Onların necə deyərlər artıq  çox sevdiyi və ziyarətlərinə öyrəncəli olduqları dostları da az deyil. Həmin siyahıya  çoxminli təhsil müəssisəsi olan Mingəçevir Turizm Kolleci  liderlik edir desək  heç  şübhəsiz yanılmarıq. Xalq bilməsədə Xaliq bilər el deyiminə istinadən fərqli bir fikir söləməklə qeyd etmək istərdik  ki,  Mingəçevir Turizm Kolleci kollektivinin nevroloji sanotoriya sakinlərinə bugünədək bəslədiyi sevgi və diqqət xalqa da,  xaliqə də yaxşi bəllidir. Çünki, kollektivin  sanotoriya sakinləri ilə mövcud sıx əlaqələri  yalnızca  hansısa əlamətdar təqvimlərlə bağlı  və əlaqəli deyil. Bütün il boyu ayrı-ayrı qruplar halında pedaqoq və tələbələr bu əziz hesab etdikləri ünvana təşrif buyurur, doğmalıq qayğısı ilə uşaqların qəlbini ovundurub, sovqatları, əyləncə və musiqi çələngi ilə  saf  körpə ürəyini sevindirməyə çalışır.  Bu mənada  yəqin anladınız ki,  kollektiv tərəfindən uşaq nevroloji sanotoriyasına gerçəkləşən ziyarət və  burada  Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü şərəfinə  təşkil olunan  bayram şənliyi sadəcə olaraq davamlı  görüş və tədbirlərin növbətisi kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, uşaqlar da sadiq dostlarının gəlişini bir coşqu ilə qarşıladı.

 Bayram şənliyinə gəlincə  tədbir  üç mərhələli xarakter aldı. Öncə   bayram tərtibatlı məkanda  Turizm  Kollecinin musiqi çələngi  valideyn qayğısından kənarda qalmış uşaqların ürək dolusu sevinib şadlanması üçün bir zəmin yaratdı. Yeri düşmüşkən  qeyd edək ki, balaca sakinlər arasında çox kiçik yaşlı  körpələr də az deyildi. Onlar ziyarətçi pedaqoq və tələbələr tərəfindən qucaqlarda ovundurularaq  şənlik edənlər cərgəsində yer ala bildi. Belə bir məclis  Yeni il rəmzlərinin iştirakı  olmadan əlbəttə ki,  nisbətən  cılız görünərdi və qonqlar bu incəliyi də nəzərə almışdı. Çox böyük həvəslə şənlənən uşaqların sevincinə Şaxta baba və qar qızın gəlişi iki qat sevinc qatmış oldu. Nəvələrini hay-küylü səsi ilə salamlayan Şaxta baba  onlara yeni il üçün  ən xoş  arzularını çatdırdı. Balacalr da həvəslə bacardiği rəqsi ifa  edib əzbər bildiyi şerləri söyləməklə  bayram hədiyyələri qazanmağa çalışdı. Mingəçevir Turizm Kollecindən təşrif buyurmuş nümayəndə heyətinə rəhbərlik edən  təhsil müəssisəsi rəsmisi Tacəddin Əyyubov da fürsətdən yararlanaraq arzu və istəklərini şənlik iştirakçıları ilə paylaşdı. Öncə  Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubovun salamlarını  iştirakçıların diqqətinə çatdıran Tacəddin Əyyubov   daha sonra xeyirxahlıq kimi müqəddəs əməllərin savabını xatirlatdı. Hər kəs  bu kimi  davranışlara mənəvi borcu kimi baxmalıdır dedi. Eyni zamanda  valideyin qayğısından məhrum uşaqlara xitabən nə yaxşı ki,analıq duyğularından uzaq düşmüş şəxslərlə yanaşı min bir əziyyətə qatlaşıb övladlarını  sevgi ilə böyüdüb ərsəyə çatdıran analarımız var, onların dəyərini bilək dedi. Rəsmi qonaq  qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  münasibəti ilə sanotoriya sakinlərini təbrik edib onlara sağlam və uzun ömür arzuladı.

   Tədbirdə iştirak edən ziyarətçi tələbələr də təbrikləşmə fürsətini qaçırmadı. Onlar da öz növbəsində bu ziyarətdən dolayı xoşbəxt anlar yaşayib zəngin təəssüratlar aldığını  etiraf  etdi.

  Bundan sonra  tədbir digər zalda artıq xüsusi olaraq Mingəçevir Turizm Kollecindən gətirilmiş  təamlarla bəzədilmiş  əsl  bayram süfrəsi arxasında davam etdirildi.  Burada da  ziyarətçi dostları uşqaları yalnız  buraxmadı. Pedaqoqlu tələbəli hər kəs süfrə arxasında və ya kənarında balaca  ziyafət iştirakçılarına  təqdim olunan təamlardan doyunca dadması  üçün yardımçı oldu. Həm də bu missiyanı  o qədər səmimi şəkildə  icra edirdilər ki, təşəkkür dolu fikirləri paylaşmaq üçün ifadə tapmaq belə çətindir. Əminik ki, bu qayğıya görə kollektivin heç  anoloji minnətdarlığa da ehtiyacı yoxdur. Çünki atdıqları addım Tanrı və insanlıq eşqinə atılır onlar tərəfindən. Necə deyərlər əl tutmaq Əlidən qalıb deyirlər el arasında.

  Nəhayət  bayram tədbirini ən maraqlı anlarından biri yetişdi. Xüsusi olaraq hər bir uşaq üçün nəzərdə tutulmuş bayram hədiyyələri  sevinc və fərəh içində olan  uşaqlara paylandı. Sanotoriya sakinləri beləcə  unudulmaz bir bayram günü yaşadı.Tədbir şux musiqi sədalarının müşayəti ilə saatlarla davam etdi.


 
Əlavə edilmə tarixi: 06.01.2016   |   Baxılma sayı: 751

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci