ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Narkomaniyaya yox deyək

Mingəçevir Turizm Kollecində tədris prossesi ilə yanaşı, gənc nəslin təlim-tərbiyə işinin düzgün qurulması, tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində işlər aparılır, ictimai tədbirlər keçirilir.


       Mingəçevir Turizm Kollecində tədris prossesi ilə yanaşı,  gənc nəslin təlim-tərbiyə işinin düzgün qurulması, tələbələrin asudə vaxtının səmərəli təşkili  istiqamətində işlər  aparılır, ictimai tədbirlər keçirilir. Belə tədbirlər çox zaman şəhərin əlaqədar təşkilatları ilə birgə təşkil olunur . İctimaiyyət nümayəndələrinin və şəhər ziyalılarının bu tədbirlərdə iştirakı və  tələbələrlə faydalı görüşləri təmin olunur. Belə zəruri tədbirlərdən biri də dekabrın 28-də kollecin H.Əliyev adına İdeoloji kabinetində keçirildi. Mingəçevir şəhər İcra Hakimiyyəti aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyanın iştirakı ilə keçirilən bu tədbir “Zərərli vərdişlər və onların qarşısının alınması “ mövzusuna həsr olunmuşdu.

      Tədbir kollecin direktoru prof. Əyyub Əyyubovun giriş nitqi ilə başlandı. Əyyub müəllim gənclərin müxtəlif zərərli vərdişlərdən qorunması üçün ciddi iş aparılmalı olduğunu vurğuladı. Bu istiqamətdə pedaqoji kollektivin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Kollecin rəhbərliyi və pedaqoji heyətin bu istiqamətdə şəhərin əlaqədar təşkilatları ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu qeyd etdi.

      Tədbirdə şəhər İcra hakimiyyətinin baş məsləhətçisi Elşən Əliyev , şəhər Polis şöbəsinin İctimai bölməsinin inspektoru Rəşad Məmmədov, Şəhər Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun rəhbəri Emir Cavadov da çıxış edərək mövzu barədə iştirakçıları təlimatlandırdı. Qonaqlar tələbələri maraqlandıran müxtəlif sualları cavablandıraraq  onları mövzu ətrafında faydalı müzakirəyə dəvət etdilər. Tədbirdə iştirak edən tələbələrdən Ləman Göyüşlü, Jalə Quluzadə, Gülşad Şükürova, Şabəddin Eyyubov, Sara İsmayılova , Hülya Cəbrayılova müzakirəyə qoşularaq öz mülahizələrini səsləndirdilər. Səmərəli fikir mübadiləsi şəraitində davam edən tədbir prof. Əyyub Əyyubovun yekun sözləri ilə işini başa vurdu.


 
Əlavə edilmə tarixi: 29.12.2015   |   Baxılma sayı: 1016

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Pedaqoji şura iclasındakı müzakirələr

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci