ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kollecdə poeziya gecəsi keçirildi.

Mingəçevir Turizm Kollecində bir-birini əvəz edən rəngarəng tədbirlər sırasına daha bir möhtəşəm ədəbi-bədii gecə əlavə olundu.


Mingəçevir Turizm Kollecində bir-birini əvəz edən rəngarəng tədbirlər sırasına daha bir möhtəşəm ədəbi-bədii gecə əlavə olundu.  Dekabrın    16-sında  xarici dil və ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə hazırlanmış poeziya günü keçirildi. Bu tədbir 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdur. Pedaqoqlar Sevda Kərimova, Jalə Məmmədova, Günay İbrahimova və musiqi tərtibatçısı Aydın Quliyev  “Poeziya günü “ nün ərsəyə gəlməsində daha çox zəhmət və fəallıq göstərmişdilər.

      Ədəbi-bədii gecə kollecin direktoru prof. Əyyub Əyyubovun  açılış nitqi ilə başlandı. Əyyub müəllim poeziya gününün təşkilatçılarının bu gözəl təşəbbüsünü yüksək dəyərləndirdi. Kollecdə bir-birindən maraqlı rəngarəng tədbirlərin keçirilməsinin artıq xoş bir ənənəyə çevrildiyini vurğuladı.

       Tədbirin bədii hissəsi onun aparıcıları Xalidə Azəri və Tural Nağıyevin vals rəqsi ilə başlandı. Daha sonra iştirakçılara bir-birindən maraqlı bədii, musiqili nömrələr -Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq , Nəriman Həsənzadə və Nüsrət Kəsəmənlinin şeirləri bədii özfəaliyyət qrupunun üzvləri tərəfindən səsləndirildi. Bu cəhətdən tələbələr Əhmədova Nuray, Qaflanova Cəmilə, Məmmədov Fərid, Quluzadə Jalə, İsmayılova Sara, Cəbrayılova Hülya, Cavadova Aysu, Dadaşova  Sonanın fəallığı və gözəl ifalarını qeyd etmək lazımdır. Özfəalliyyət qrupunun istedadlı üzvləri Günel Şirinova, Lamiyə Səmədova , Pərviz Cəfərli ,Rövşən Bəşirov, Atilla Haqverdiyevin ifasında səslənən şən nəğmələr qonaqlarda və iştirakçılarda xoş ovqat yaratdı. “Ey həyat, sən nə qəribəsən” mahnısının tələbə xorunun ifasında nümayişi isə xüsusi maraqla qarşılandı.     

        Azərbaycan ədəbiyyatı və musiqisinin bu dəyərli nümunələrinin hər biri vətənə, el- obaya məhəbbət , xalqın birliyi , dostluq hisslərini tərənnüm edirdi. Poeziya gününə həsr olunmuş ədəbi-bədii gecə xoş diləklər və səmimi arzular əhval-ruhiyyəsi ilə  sona çatdı.


 
Əlavə edilmə tarixi: 18.12.2015   |   Baxılma sayı: 760

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci