ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Dini dəyərlərimizin qorunmasına həsr olunmuş tədbir.

Şəhərimizin ən böyük tədris müəssisəsi olan MTK-nın kollektivi ölkənin ictimai həyatında baş verən mühüm hadisələrə biganə qalmır, aktual problemlərimiz barədə müzakirələrə fəal şəkildə qoşulur. Belə önəmli müzakirələrdən biri də dekabrın 15-də təşkil olunmuşdur.


      Şəhərimizin ən böyük tədris müəssisəsi olan MTK-nın kollektivi ölkənin ictimai həyatında baş verən mühüm hadisələrə biganə qalmır, aktual problemlərimiz barədə müzakirələrə fəal şəkildə qoşulur. Belə önəmli müzakirələrdən biri də dekabrın 15-də təşkil olunmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir şəhər Prokurorluğu ilə birgə hazırlanmış bu tədbir “ Milli–mənəvi dəyərlərimiz, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməlidir” mövzusuna həsr edilmişdi.

   Tədbirdə giriş sözü ilə kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. Əyyub müəllim müstəqilliyin əldə olunmasından sonra ölkəmizdə islam dini dəyərlərinin qorunması və inkişafına dövlətimizin qayğısından söhbət açdı. Xalqımızın öz mənəvi dəyərlərinə hələ sovet dövründə sadiq qaldığını xatırlatdı. Kənar təsirlərə , xarici dövlətlərdən qidalanan müxtəlif təriqətlərə və radikal cərəyanlara qarşı barışmaz mübarizə aparıldığını bildirdi. Bu sahədə təhsil işçilərinin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirdi.

    Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Sahib Əliyev “Tolerantlıq dövlətimizin əsas siyasətidir” mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycanda bütün dinlərə və məzhəblərə bərabər yanaşıldığını vurğuladı. Bununla bərabər əhalini ekstremizmə və radikalizmə sürükləyən dini qruplaşmalara qarşı kəskin mübarizə aparmağın vacibliyini qeyd etdi. Mingəçevir şəhər prokurorunun müavini Balahüseyn Şabanovun məruzəsi  “Dini ekstremizmə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının vəzifələri və bu sahədə qanunvericilik sistemi” mövzusuna , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbəsinin baş məsləhətçisi Əzim Rəbiyevin məruzəsi “Dini ekstremizm və radikalizmə qarşı mübarizə“ mövzusuna həsr olunmuşdu. Hər iki məruzəçinin çıxışında ifratçı cərəyanlara və ekstremist dini təriqətlərə qarşı mübarizədə dövlət orqanlarının və ictimaiyyətin üzərinə böyük məsuliyyət düşdüyü vurğulandı.

    Tədbirdə Kollecin Həmkarlar İttifaqı komitəsinin sədri , iqtisad elmləri namizədi, dosent İbrahim Əyyubov “Müstəqil Respublikamızda milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizə xidmət etməlidir” , Kollecin tarix müəllimləri Tünzalə Nuriyeva           “Milli-mənəvi dəyərlərimizin qayğısı” və Eldar Dərişov “ Gənclik dini fanatizmə yox deyir!” mövzuları üzrə çıxışlar etdilər. Bütün çıxışlarda dini dəyərlərimizin qorunması , gənc nəsil arasında       təlim-tərbiyə işinin düzgün təşkili ön plana çəkildi. Tədbir məruzələr ətrafında dolğun fikir mübadiləsi şəraitində işini başa vurdu. 


 
Əlavə edilmə tarixi: 16.12.2015   |   Baxılma sayı: 537

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci