ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Əbədiyaşar Liderin əziz xatirəsi anıldı.

Azərbaycan dövlətçiliyinin memari ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi.


Hər  dəfə olduğu kimi bu il də çoxminli və nüfuzlu Mingəçevir Turizm Kollecinin kollektivi müasir Azərbaycan dövlətçiliyinin memari  ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü  biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi. O cümlədən fənn komissiyalarında təşkil olunan müzakirələr, rəsm, inşa müsabiqələri və geniş tərkibli dəyrimi masalar bu qəbildəndir. Hərçənd ulu öndərin adi, xidmətləri və siyasi irsinin təbliği məqsədilə həyata keçirilən tədbirlər bütün tədris ili ərzində bu ünlü təhsil ocağında demək olar ki, gündəlik fəaliyyət tərzinə çevrilir.

  Günün əsas tədbirinə gəlincə o Xalqa həsr olunmuş ömür adlı elmi -nəzəri konfransla gerçəkləşdirildi. Anım təqviminin bu günlərdə Günəşli neft platformasında baş verən faciə günlərinə təsadüf etməsi də kollektivin diqqətindən yayınmamişdı. Hər zaman xalqına və dövlətinə dərin sevgi hissləri ilə bağlı olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirən kollecin pedaqoq və tələbələri bu faciənin qurbanlarını xatirə sükutu ilə yad edib  dünyasını dəyişən soydaşlarımıza uca Tanrıdan rəhmət, doğmalarına isə səbr dilədi.

   Daha sonra konfransın  mahiyyətindən danışan  Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru professor Əyyub Əyyubov  dahi şəxsiyyət Heydər Əliyev haqqında fikir yürütməyin asan, həm də çətin olduğunu etiraf etdi. Asan o səbəbdən ki, Azərbaycan xalqının indiyədək  yetişdirdiyi ən böyük tarixi simalardan olan ulu öndərin  xalqı və  müstəqil dövlətçiliyi naminə  ortaya qoyduğu  möhtəşəm xidmətlərin hüdudları o qədər genişdir ki, saatlar, günlər və aylar yetməzki, hər biri haqqında azacıq da olsa nələri isə izah etmək mümkün olsun. Lakin çətin və məsuliyyətlidir ona görə ki, Heydər dühası, Heydər zəkası barədə ifadə olunan kəlmələr  Heydər Əliyev irsinin əsl məzmununu tam qavramış  elmli ziyalının dodaqlarından sədalanmalıdır. Əyyub Əyyubov   dahi liderin  siyasi hakimiyyətinin hər iki dönəmini xarakterizə edərək onu iştirakçilara bəşəri şəxsiyyət kimi təqdim etdi. Onun  xatirəsinin  doğma xalqı və bəşər övladı tərəfindən hər zaman əziz tutulacağına əminlik vurğuladı. Ardınca önlü elm adamı ümummilli lider Heydər Əliyevi  bir dəqiqəlik xatirə sükutu ilə anmağı təklif etdi.  Bundan sonra monitorun köməkliyi ilə  dahi şəxsiyyətin ömür yolundan bəhs edən sənədli filmə baxış keçirildi.

  Qeyd edək ki , elmi -nəzəri konfransda  çoxsayda məzmunlu məruzələr dinlənildi. Pedaqoqlar Ceyhun Abdullayev, Nazan İdrisova, İqbal Xudiyev  və  Bəhruz Kərimov müvafiq olaraq  Heydər Əliyev Azərbaycan dövlətinin və YAP-ın yaradicisidir, Heydər Əliyevin Azərbaycan təhsilinin və elminin inkişafında rolu, Heydər Əliyev və Azərbaycan gəncliyi  və Heydər Əliyevevin dövlətçilik siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir  mövzularında geniş və qiqqətə layiq nitq söylədi.

 Konfrans ənənəyə uyğun olaraq  təcrübəli pedaqod Kifayət Əliyevanin rəhbərliyi ilə istedadlı tələbələr tərəfindən hazırlanmiş ədəbi -bədii kompazisiyanın nümayişi ilə davam etdirildi. Vətənə, ulu öndərə və qəhrəmanlığa həsr olumuş fikirlər, faktlar,  şer və musiqi parçaları iştirakçılar tərəfindən məmnunluqla qarşılandı.

Elmi -nəzəri konfransa yekun vuran professor Əyyub Əyyubov   müstəqilliyimizin  ulu öndər Heydər Əliyevin arzuladiği kimi əbədi olacağına əminlik ifadə etdi.  Bu gün olduğu kimi gələcək nəsillərin də  qəlbində dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinin əziz tutulacağını bildirdi.Çünki, bugünki  dayanıqlı sabitliyi ilə   dinamik inkişaf yolu tutmuş  Müstəqil  Azərbaycan ulu öndərin şah əsəridir.

         Ehtiram Muradlı

Mingəçevir Televiziya və Radio şirkətinin əməkdaşı,

Xəbərlər deportamentinin ditrektoru.


 
Əlavə edilmə tarixi: 14.12.2015   |   Baxılma sayı: 460

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci