ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Möhtəşəm kitab təqdimatı

Çox minli və nüfuzlu təhsil müəssisəsi olan Mingəçevir Turizm Kolleci tədris ili boyu təşkil etdiyi davamli mədəni kütləvi tədbirlərlə daima ictimaiyyətin diqqət mərkəzində dayanir.


Çox minli və nüfuzlu təhsil müəssisəsi olan Mingəçevir Turizm Kolleci tədris ili boyu təşkil etdiyi davamli mədəni kütləvi tədbirlərlə daima ictimaiyyətin diqqət mərkəzində dayanir. Etiraf etmək lazimdir ki anoloji iş  və fəaliyyət  tərzi kollektivdə artiq dəyərli bir ənənəyə çevrilib. Qeyd olunan ənənələrinə sadiq qalan kollektiv şəhər və ölkə ictimaiyyətini növbəti möhtəşəm  kitab təqdimati ilə sevindirməyə müəssisər oldu. Söhbət  Mingəçevir Turizm Kollecinin dünyaca taninmiş alim rəhbəri, iqtisad elmləri doktoru professor Əyyub Əyyubovun  dərin zəkasinin, araşdirmalarinin və müşahidələrinin məhsulu olan  “Turizm və Mehmanxana Təsərrufati”   dərslik nəşri ilə  “Məşhəddən Kərbəlaya” kitabinin geniş oxucu audutoriyasinin iştiraki ilə ictimai təqdimatından gedir. Respublika əhəmiyyətli ifadəsini  o səbəbdən işlətdik ki, həm hər iki əsər məzmun və mahiyyətcə  tədris təlim yönümlüdür, həm də təqdimat mərasimində Qazaxdan ölkə paytaxtinadək əksər bölgələri təmsil edən  söz –hikmət zərgərləri iştirak edirdi.

  Təqdimat mərasiminin özünə gəlincə  tədbir  mərhələli şəkildə təşkil olunmuşdu. Öncə iştirakçilar  hər   iki  yeni nəşr də daxil olmaqla 23 dən artiq   elmi, nəzəri, sənədli və bədii kitablarin müəllifi olan professor Əyyub Əyyubovun öıkədə və ölkə xaricində  işiq üzü görmüş əsərlərindən ibarət sərgiyə baxiş keçirdi. Burada həm də müəllifin  elm, təhsil və humanitar sahədə göstərdiyi  yorulmaz xidmətlər müqabilində yerli və beynəlxalq təsisatlar tərfindən layiq görüldüyü nüfuzlu mükaatlar yer alirdi. O cümlədən Atatürk mükafati, Leybnits medali, BMT-nin fəxri fərmani, Avropanin əməkdar elm adamı  təsisatı, Romanin fəxri elm adamı sənədi və digər mükafatlar  Əyyub Əyyubov şəxsiyətinin ziyali potensialına bələd olmağa imkan verirdi.

 Daha sonra Kollecin  Heydər Əliyev ideoloji mərkəzində  toplaşmiş qonaqları-tədbir iştirakçılarını salamlayan  professor Əyyub Əyyubov  oxuculara təqdim etdiyi hər iki yeni kitab, onların qələmə alınma tarixçəsi, yaradıcı çətinlikləri,  məram və məqsədləri barədə ətraflı məlumat verdi. Onu da qeyd etdi ki, ölkə prezidenti İlham Əliyev  tərəfindən prioritet elan olunmuş turizm sektoru  üçün  peşəkar kadr hazırlıqı missiyasını həyata keçirən doğma kollektivi  tədrisdə ən mütərəqqi beynəlxalq nailiyyətləri tətbiq etməkdədir. O cümlədən  yeni dərslik  və metodik vasitələrin hazırlanması  qarşıda duran əsas vəzifələrdəndir. Çünki  bu cür vəsaitlər hazırda  təhsi məüssisələrində və kitabxanalarda azliq təşkil edir. Bu mənada Turizm və Mehmanxana təsərrüfati kitabi pedaqoq , tələbə və ümumən turizmə meyli olan insanlara dəyərli mənbə rolunu oynaya bilər.

Məşhəddən Kərbəlaya əsəri isə  artiq haqqında oxuculara məlum olan Müqəddəs Məşhəd yollarında kitabının davamı kimi qəbul edilməlidir. Mədəni mənəvi tarixi dəyərlərimizin  ən doğru formada  mənimsənilməsi üçün vacib sayıla biləcək əsərlərə doğrudan da cəmiyyətdə bir aclıq hiss olunmaqdadir. Məlumat azlığı ayrı-ayrı çirkin məqsədli qrupların vəziyyətdən yararlanmasına yol açir.  Məşhəddən Kərbəlaya əsəri də bu mənada  həmin xislətli qruplara verilə biləcək tutarlı cavablardandır. Kitabda  tarixi ənənələrimiz, dinimiz,  müqəddəs  dini-tarixi simalarımız, yer adları, qədim yurd yelərimizin özəllikəri və digər məsələlər barədə geniş məlumatlar öz əksini tapır. Yeri düşmüşkən daha sonra məhz bu kitabı çox böyük ustalıqla iştirakçılara təqdim edən  dəyərli  ziyali, Qizil qələm mükafat laureatı  jurnalist Yusif Ələkbərov elə bəri başdan kitabı oxumaq fürsəti olmayanlara  kitabı sevdirə bildi. Bu əsər  mədəni irsimizin təbliğatçısı  olmaqla yanaşi Səyahət  turizmi üçün də əvəzonmaz mənbəyə çevriləcək söylədi. Elə qonaqların sonrakı çıxışlarıda da bu cür qiymətləndirmə dəfələrcə özünü biruzə verdi. Şəhərdən və digər bölgələrdən tədbirə qatilmış Mingəçevir şəhər İcra Hakimiyyəti rəsmisi, pedaqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev, Avropa Nəşr Mətbuat Evinin direktoru, AMEA-nın əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəyli, Bakı Dövlət İdaretmə  və Tenologiya Kollecinin direktor müavini, dövlət mükafatı laureatı  şair  Firuddin Oruc, tanınmış şarə-jurnalist Mətanət Riqqət, Mərkəzi xəstəxananın baş həkimi  Tibb elmləri fəlsəfə doktoru Yusif Quliyev,  ziyali və ağsaqqalar Qəşəm İsmayilov, Ələm Məmmədov, İranə Həsənova, Haci Cəlal,  Haci İbrahim, Nəsib Bayramoğlu, Zahid Qasımlı,  Mayil İsmayılov, Fərman Nəbiyev, Mirsədi Daşdəmirov, Allahverdi Alıyev,  Soltan Əsədov, Kamal Nəcəfli  və digər qonaqlar öz çıxışlarında hər iki dəyərli əsərlərdən  təhsilimimizin, mədəniyyət və turizm sahələrinin inkişafı üçün xeyli fayda götürüləcəyini vurğuladı.   Kitabda həm də ailə  münasibətləri, vətənpərvərlik  nümunələrinin örnək rolunu oynaya biləcək çox saylı   müsbət nümunələrin mövcud olduğu diqqətə çatdırıldı. Qeyd etmək lazımdır ki, sözə bağlı qonaqlar çoxluğunda  aparıcı qismində Yaziçilar birliyi Mingəçevir şəhər şöbəsinin sədri şair-publisist İsmayıl İmanzadə kimsəyə ani də olsa yörğunluq  hiss etdirmədi. Təsəvvur edin 4 saata qədər  baş tutan bir təqdimat mərasimi nə deməkdir. Bu şəhərin analoji tədbirlər tarixində bir rekord göstəricidir. Üstəlik kimsə məclisdən ayrılmaq istəyi belə nümayiş etdirmədi.

  Təqdimat mərasimində Turizm Kollecinin potensialı da özünü biruzə verdi. Təcrübəli pedaqoqlar və tələbələr    kitabdan, yaradıcılıqdan danışıb zaman –zaman ifa olunan şer və nəğmələrlə tədbirin axarına bir şuxluq qatmiş oldu. Turizm Kollecinin direktor müavini Çinarə Allahverdiyevanin   müəllifin elmi-pedaqoji və yaradicı fəaliyyətinə dair verdiyi açiqlama, turizm müəllimi Aynurə Abbasovanın hər iki yeni kitabin tədris prosesində oynaya biləcəyi rol barədə səsləndirdiyi məzmunlu pedaqoji yanaşma tərzi iştirakçıların hədsiz marağı ilə müşayət olundu.

 Tədbirə yekun vuran professor Əyyub Əyyubov  göstərilən münasibətə  və dəyərli xoş sözlərə görə bütün iştirakçılara  təşəkkür etəklə yanaşi yeni yaradıcı layihələrindən söhbət açdı. Bildirdi ki, hər iki janrda araşdırmaları davam edir və yaxin perspektivdə oxucularını yeni əsərləri ilə sevindirmək niyyətindədir.

Qeyd edək ki, təqdimat mərasimi ərzində professor Əyyub Əyyubov və rəhbəri olduğu kollektiv Avropa Nəşr Mətbuat Evi tərəfindən iki önəmli nominasiya ilə mükafatlandırıldı. Onlar ilin kolleci və ilin iqtisadçı – alimi mükafatı adlanır. Sonuncu həm də qızıl medalla dəyərləndirilib.

                           Ehtiram Muradlı-Mingəçevir Tele- radio şirkətinin əməkdaşı,

                                                       Xəbərlər deportamentinin direktoru.


 
Əlavə edilmə tarixi: 26.11.2015   |   Baxılma sayı: 627

                                

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci