ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Uşaq hüquqları mövzusunda tədbir.

Noyabrın 18-də Mingəçevir Turizm Kollecində uşaq hüquqlarının qorunmasına həsr olunmuş seminar kecirildi.


         Noyabrın 18-də Mingəçevir Turizm Kollecində uşaq hüquqlarının qorunmasına həsr olunmuş seminar kecirildi. “Uşaq hüquqları toxunulmazdır” adlanan tədbir tarix və hüquq fənlərini tədris edən müəllimlərin təşəbbüsü ilə təşkil edilmişdir.  Seminarda giriş nitqi ilə kollecin tədris işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva çıxış etdi. Uşaq hüquqlarının qorunmasına dair seminarın keçirilməsini yüksək qiymətləndirdi və mövzuya aid öz fikirlərini iştirakçılara çatdırdı. Tədbirdə əsas məruzə ilə hüquq müəllimi Amalya Əliyeva çıxış etdi. Mövzunun hüquqi və sosial   aspektləri məruzədə geniş təhlil olunmuşdu. Daha sonra uşaq hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirildi.

          Bundan sonra dinlənilmiş məruzə ətrafında müzakirələr başlandı. Tarix müəllimləri Eldar Dərişov və Tünzalə Nuriyeva mövzuya dair fikirlərini bölüşdülər. Tələbələr Günay, Gülbala, Samir, Hüseyn – (Tmt-22) , Famil , Sənan (Tmt-25) , Leyli, Ayna- (Ri-8) , Gülşad (Tt-42) , Sara (Tt-41) , Türkan (İ-27) və Rəsul (Bt-38) da çıxış edərək məruzə ətrafında müzakirələrdə fəal iştirak etdilər. Uşaq hüquqlarının qorunmasına həsr olunmuş seminar faydalı fikir mübadiləsi şəraitində işini sona çatdırdı. 


 
Əlavə edilmə tarixi: 19.11.2015   |   Baxılma sayı: 677

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci