ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Beynəlxalq Əməkdaşlığın Uğurlu Nəticələri / Successful Results of the International Co-operation


Beynəlxalq Əməkdaşlığın Uğurlu Nəticələri Mingəçevir Turizm Kolleci ilə Stevenson Kolleci arasında Skills@Work (iş üçün bacarıqlar) layihəsi üzrə 2007-ci ildə başlanmış əməkdaşlıq artıq sona çatmaqdadır. Layihə üzrə uğurlu əməkdaşlığın yekun görüşü üçün 25-30 Mart 2010-cu il tarixində Londona səfər təşkil olundu. Bu məqsədlə Mingəçevir Turizm Kollecinin direktoru professor cənab Ə.A. Əyyubov, İngilis dili müəlliməsi L. Həsənova, Stevenson Kollecinin Turizm və Dillər fakültəsinin dekanı H. Sutherland və Turizm müəllimi L. Farquharson Britaniya Şurasının Londonda təşkil etdiyi seminarda bir araya gəldilər. Artıq bu kolleclərin uğurlu əlaqələri və əməkdaşlığı haqqında mətbuat səhifələrində müvafiq məlumatlar verilmişdir. Uğurlu beynəlxalq əməkdaşlığın nəticəsidir ki, yeni fəaliyyətə başlamış MTK artıq bütün Respublikanın diqqət mərkəzindədir. Əməkdaşlıq nəticəsində ortaya qoyulan hər hansı bir məhsul onun nə dərəcədə səmərəli və əhəmiyyətli olduğunun göstəricisidir. Artıq məlum olduğu kimi MTK ilə İCE arasında birgə əməkdaşlıq nəticəsində “Azərbaycan Turizmində Müştəri Xidməti” təlim kursunun ingilis dili və Azərbaycan dili variantları hazırlanaraq nəşr olunmuş, tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Londonda keçirilən seminarda kolleclərin əməkdaşlığı nəticəsində qazanılan uğurlar Britaniya Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Successful Results of the International Co-operation The co-operation between Mingachevir College of Tourism and Stevenson College Edinburgh on the project of Skills@Work is going to come to an end. The next meeting as a final one of this successful partnership was organized in London on the 25-30 March, 2010. On this purpose prof. A. Ayyubov, the principal of Mingachevir College of Tourism, L. Hasanova, the teacher of the English language, H. Sutherland, the Head of Tourism and Foreign Languages in SCE, L. Farquharson, tourism teacher met in the seminar organized by British Council in London. Definite information about successful partnership and relationship between two colleges was delivered to press. And at the result of successful international partnership Mingachevir College of Tourism is the focus of attention of the whole republic. A fruit of any partnership is a sign of its productivity and its importance. As we know, with the help of the partnership between SCE and MTC “Azerbaijan Tourism Customer Care” in the English and Azerbaijan languages was prepared, copied, multiplied and was delivered to trainers and trainees to use. All successes made through this partnership were overestimated by the authority of British Council in London.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 481

                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Mingəçevir Turizm Kollecinin Müəllim və tələbələri “Nar bayramı”nda
Noyabırın 1- də Göyçay şəhərində artıq ənənə halını almış “ Nar bayramı “ keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci