ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümü kollecdə əsl bayram əhval-ruhiyyəsində qeyd olundu


Azərbaycan Respublikası  Konstitusiyasının 20-ci ildönümü kollecdə əsl bayram əhval-ruhiyyəsində qeyd olundu. Bu əlamətdar günə həsr olunmuş tədbirlər proqramı Mingəçevir şəhər İcra hakimiyyəti ilə birgə hazırlanmış elmi-nəzəri konfranla yekunlaşmalı idi. Əvvəlcə rəsmi qonaqların iştirakı ilə “Əsas qanunumuz” adlı sərgiyə baxış keçirildi. Sərgidə kollecin tələbələrinin Konstitusiyaya və Mingəçevir şəhər gününə həsr olunmuş əl işləri nümayiş etdirildi. Daha sonra tədbir iştirakçıları mövzuya həsr olunmuş divar qəzetləri və plakatlardan ibarət stendlərlə tanış oldular

“Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda elmi-nəzəri konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə işə başladı . Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Əyyub Əyyubov Azərbaycanın demokratik hüquqi dövlət kimi inkişafında 1995-ci ilin noyabrın 12-də qəbul olunmuş Konstitusiyamızın mühüm rol oynadığını bildirdi. Həm əsas qanunun qəbulunda, həm də sonrakı hüquqi islahatların keçirilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini yada saldı. Azərbaycanın demokratik dövlət kimi inkişafının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

Mingəçevir şəhər İcra hakimiyyəti başçısının I müavini İlham İsmayılov öz çıxışına Mingəçevir Turizm Kollecində rəsmi günlərin və dövlət bayramlarının yüksək səviyyədə qeyd olunduğunu vurğulamaqla başladı. İlham İsmayılov müstəqilliyimizin ilk illərinə nəzər salaraq sabitliyin əldə olunması, dövlətçiliyimizin möhkəmlənməsi, əsas qanunun hazırlanması və qəbulu kimi mühüm tarixi anları tədbir iştirakçılarına xatırlatdı.

Konfranda şəhər İcra aparatının məsul işçisi, fəlsəfə doktoru Sahib Əliyev “Azərbaycan Respublikası Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, hüquq müəllimi Qənimət Hüseynov “Azərbaycan Respublikası Konstitusiyası dövlətimizin əsas qanunudur”, kollecin direktor müavini Çinarə Allahverdiyeva “Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi dövlət quruculuğunun təməlidir”, pedaqoqlar Günay İbrahimova “Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbul edilməsində müstəsna rolu”, Jalə Məmmədova “Konstitusiyamız ölkədə insan hüquq və azadlıqlarının təminatçısıdır” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.

Çıxışlardan sonra Konstitusiya gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Silsilə tədbirlər kolecin bədii özfəaliyyət qrupu üzvlərinin iştirakı ilə hazırlanmış bədii kompozisiya ilə yekunlaşdı.


 
Əlavə edilmə tarixi: 13.11.2015   |   Baxılma sayı: 663

                                

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci