ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Ekskursiya

2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.


2015-2016 - cı  tədris ilinin başlanğıcından Mingəçevir  Turizm Kollecinin  “ Səyahətlər və ekskursiya” şöbəsi  öz fəaliyyətinə başlamışdır. İlk ekskursiya 27 sentyabr tarixində “Beynəlxalq Turizm Günü” nə  həsr olunmuş  və 24 sentyabr  tarixində Həyata keçirilmişdir. Ekskursiya kollecin müəllimlərindən İ.Nazan, K. Bəhruz, M.Ruslan, V. Məleykə və TT, TMT qrup tələbələrindən seçilmiş  15 nəfər tələbə ilə  həyata keçirildi.  Maşrut  Gəncə şəhəri, Tovuz və Qax rayonlarında idi. İlk tur Gəncə şəhərinin girişində yerləşən  Nizami Gəncəvinin  məqbərəsinə oldu. Bu tarixi  - mədəni abidə önündə  şəkillər çəkildi.   Bələdçi tərəfindən  Nizami Gəncəvinin  həyatı və yaradıcılığı haqqında məlumat verildi.  Növbəti tur Tovuz rayonu Göytəpə  kəndində yerləşən “Göytəpə” adlanan  qədim yaşayış məskəninə təşkil olundu. Qədim yaşayış evlərinin  qalıqları ekskursiyaçıların  böyük marağına səbəb oldu. Mingəçevir Turizm Kollecinin  tarix müəlliməsi Məleykə Vəliməmmədova bu barədə tələbələrə geniş  məlumat verdi. Ekskursiyaçıların  fasilə, istirahət və nahar vaxtını nəzərə alaraq, növbəti dayanacaq Tovuz rayon  Heydər Əliyev adına  park oldu.  Qazax  rayonu “ Damcılı bulağı”  əsrlər boyu fəaliyyət göstərən bu bulağın  tarixi sərin suyu ekskursiyaçıların  sonuncu dayanacaq  nöqtəsi oldu.

Tələbələr ekskursiya müddətində gəzintidən məmnun  qaldılar. Tarixi ekskursiya kimi nəzərdə tutulmuş  bu ekskursiya uğurla başa çatdı. İl ərzində ekskursiyaların  davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur. 


 
Əlavə edilmə tarixi: 12.10.2015   |   Baxılma sayı: 970

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

Fənn birləşmələri və kabinet müdirləri ilə keçirilən müşavirələr.

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci