ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Müəllimlər günü

Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.


 Tədris müəssisələri  və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan  biri də “ 5 oktyabr Müəllimlər günü” dür.  Təhsil işçilərinin  peşə bayramı kollecdə də hər il  xüsusi təntənə ilə  qeyd olunur. Oktyabrın  5- də  kollecin H.Əliyev adına  ideoloji  mərkəzində “ Müəllimlər Günü” nə  həsr olunmuş əbədi – bədii gecə keçirildi.  Bütün guşələr və stendlər tələbələr tərəfindən hazırlanmış divar qəzetləri ilə bəzədilmişdi.  Bədii özfəaliyyət  qrupunun üzvləri isə tədbir üçün  bir – birindən maraqlı  bədii – musiqili nömrələr hazırlamışdılar. Aparıcılar Aytən və Arzu müəllimləri salamlayaraq hamını peşə  bayramı münasibəti ilə təbrik etdilər. Təbrik üçün ilk söz kollecin direktoru prof. Əyyub Əyyubova verildi. Əyyub müəllim kollektiv üzvlərini təbrik etdi. Onlara peşə fəaliyyətində müvəffəqiyyətlər arzuladı.  Ölkə rəhbərliyinin  təhsilə göstərdiyi qayğıdan, təhsil islahatlarından söhbət açdı. Tədris şöbəsinin  müdiri Qəhrəman  Kərimov  çıxış edərək Müəllimlər günü ilə bağlı  ürək sözlərini  bölüşdü.

        Bədii  özfəaliyyət qrupunun  fəal üzvü Lamiyyə “əziz müəllimim” adlı  nəğmə ilə təbriklərə qoşuldu. Sonra  bədii  nömrələr bir  birini əvəz etdi.  Rövşənlə  Lamiyənin dueti ifasında “Tələbə nəğməsi”, Xəlil və Ceyhunun rep ifaları da maraqla qarşılandı.  Şirinalı və Əsgərin hazırladığı  yumoristik səhnəcik isə tədbirə  xüsusi  rəng qatdı. “ Müəllimlər günü” nə həsr olunmuş  tədbir prof. Əyyub Əyyubovun yekun sözü ilə sona çatdı. 


 
Əlavə edilmə tarixi: 09.10.2015   |   Baxılma sayı: 652

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci