ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Gənclər idarəsi ilə birgə seminar

Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.


         Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2014-2015 – ci  illərdə “Dövlət Proqramına uyğun olaraq Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil  müəssisələrində  “Zamanın idarə  edilməsi və uğurlu karyera” mövzusunda  seminarlar keçirilir. Mingəçevir şəhər  Gənclər və İdman idarəsinin təşkil etdiyi seminarlardan biri də  oktyabrın- 1 – də  Mingəçevir Turizm Kollecində  keçirildi.  “Azərbaycan gəncliyi 2014-2015 – ci illərdə “Dövlət proqramının icrası barədə” Gənclər idarəsinin  rəis müavini Sahil Hüseynova məruzə ilə çıxış etdi. Məruzə ətrafında  müzakirələr başlandı.  Kollecin tədris işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva,  Mülki Müdafiə  qərargahının sədri Əşrəf Əsgərov, “Nəqliyyatda daşımaların təşkili” fənn  komissiyasının  sədri Füzuli Əsədov və  tarix müəllimi Eldar Dərişov çıxış edərək mövzu ilə əlaqədar mülahizələrini bölüşdülər.  Tələbələrdən Babayev İsrafil ( Qrup – İ – 27 ), Əsgərov Müxəssə (Qrup – İ – 27 ), Mustafayeva Şəbnəm (Qrup – Bİ10), Həsənzadə Gülnar (Qrup – TT 36 ) da fikir mübadiləsinə qoşulararq maraqlı fikirlər səsləndirdilər. Müəllim və tələbələrin çıxışında  Dövlət proqramının  həyata keçirilməsi, dövlətimizin  gənclər  siyasəti barədə pozetiv notlar, dövlətin gənclərin qayğısından  razılıq  duyğuları üstünlük təşkil edirdi. Seminar öz işini faydalı fikir  mübadiləsi şəraitində başa vurdu. 


 
Əlavə edilmə tarixi: 09.10.2015   |   Baxılma sayı: 525

                                

Paylaş      

SON BAXILANLAR

Xocalı soyqırımının 22-ci ildönümü
Ölkənin bütün elm və tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də Xocalı faciəsinin 22-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur.

9 May Qələbə günü / May 9, Victory Day

Allah rəhmət etsin
Mingəçevir Turizm Kollecinin müəllimi Mahmudov Məmməd Usman oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Turizm Kolleci məqsədyönlü addımlar atmaq niyyətindədir.
Tarixin dərinliklərindən qaynaqlanan Azərbaycan xalqının milli-mənəvi dəyərləri müasir dünyanın kültürəl ənənələrinin qorunmasında və inkişafında önəmli rol oynaya bilər.

Mingəçevir Turizm Kollecində dövlət bayramlarına həsr olunmuş futbol yarışı
MTK-da Dövlət Bayrağı günü, Konstitusiya Günü və Milli Dirçəliş günü rəngarəng tədbirlərlə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci