ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Bilik günü


Yeni 2015-2016-cı tədris ilinin başlanması Mingəçevir Turizm Kollecində böyük təntənə ilə qeyd olundu. Sentyabrın 15-də tələbələr kollecin tədris korpusunun qarşısındakı  ərazidə qələbəlik yaratmışdılar. Xüsusilə də yeni qəbul olunmuş tələbələr və onların valideyinləri  yeni dərs ilinin başlanmasını maraq və həyəcanla gözləyirdilər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Tədbirin aparıcıları Aytən və Şirnalı iştirakçıları salamlayaraq onları yeni tədris ili münasibətilə təbrik etdilər. TT-34 qrupunun tələbəsi Bəşirov Rövşən şux bir nəğmə ilə qonaqları salamladı.

Təbrik nitqi ilə çıxış edən kollecin direktor müavini Çinarə Allahverdiyeva müəllim və tələbələrə  kollecin direktoru, prof. Əyyub Əyyubovun təbriklərini çatdırdı, kollektivin hər bir üzvünə yeni tədris ilində uğurlar arzuladığını bildirdi. Yeni qəbul olunmuş tələbələrə kollecin fəaliyyət tarixi ,  tədris nailiyyətləri  və beynəlxalq əlaqələri haqqında məlumatlar çatdırdı. Həmkarlar təşkilatının sədri, dos. İbrahim Əyyubov və tədris şöbəsinin müdiri Qəhrəman Kərimov da çıxış edərək müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdilər.

 Çıxışlar arasında isə bədii özfəaliyyət qrupunun üzvləri maraqlı musiqi nömrələri nümayiş etdirdilər. Rövşən və Lamiyənin duet ifası, rəqs qrupu üzvlərinin çıxışı və kollecə yeni qəbul olunmuş istedadlı tələbə Xəlilov Xəlilin rep ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirdə həmçinin valideynlər adından Cəfərova Əminə, tələbələr adından isə “ Muzey işi və abidələrin mühafizəsi” ixtisasına yüksək balla qəbul olmuş tələbə Qaflanova Cəmilə çıxış edərək müəllim və tələbələri tədris ilinin başlanması münasibəti ilə təbrik etdilər.


 
Əlavə edilmə tarixi: 15.09.2015   |   Baxılma sayı: 363

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci