ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





İnsan Hüquqları günü

İyunun 18 – də bu tədbirlərin yekunu olaraq “ İnsan Hüquqlarına həsr olunmuş tədbir keçirildi


Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə müvəkkilin  təşəbbüsü ilə ölkədə keçirilən “İnsan Hüquqları  aylığı” çərçivəsində  kollecdə tədbirlər planı tərtib edilmiş və silsilə tədbirlər keçirilmişdir.

         İyunun 18 – də  bu tədbirlərin yekunu olaraq “ İnsan Hüquqlarına həsr olunmuş tədbir  keçirildi. Tədbirdə giriş sözü  ilə kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. Əyyub  müəllim bu mövzuda toplantıların keçirilməsinin  faydalı olduğunu qeyd etdi. Xüsusilə də, “ İnsan hüquqları”  mövzusunda söhbətlərin aparılmasının tələbələr üçün maarifləndirici rol oynadığını  vurğuladı. Daha sonra respublikada keçirilən “İnsan hüquqları aylığına”  aid videoçarx nümayiş etdirildi.

         Kollecin hüquq müəllimi Amalya Əliyeva “ İnsan hüquqları günü”  mövusunda  məruzə ilə çıxış etdi. Tarix müəllimi  Tünzalə Nuriyevanın  məruzəsi isə “İnsan və vətəndaş hüquqları va azadlıqları” mövzusunda idi.

         Məruzələr ətrafında  müzakirələrdə prof. Əyyub Əyyubov, kollecin Mülki Müdafiə Qərargahının  sədri Əşrəf Əsgərov çıxış etdilər.

         Tədbirdə iştirak edən  tələbələr də müzakirəyə fəal şəkildə qoşuldular. Xüsusilə də İ – 110 qrupunun tələbəsi Orucov Fuad, NT – 4 qrupunun tələbəsi Xuduzadə Şəhriyar mövzuya dair maraqlı fikirlər səsləndirdilər.

         İnsan hqüuqlarına həsr olunmuş toplantı faydalı fikir mübadiləsi şəraitində işini davam etdirdi.


 
Əlavə edilmə tarixi: 25.06.2015   |   Baxılma sayı: 401

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci