ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Milli Qurtuluş Günü qeyd edildi

İyunun 11 də kollecin Heydər Əliyevin adına İdeoloji mərkəzində “ 15 iyun – Milli dövlətçiliyimizin möhkəmləndirilməsi mərhələsinin başlanğıcıdır” mövzusunda elmi – nəzəri konfrans keçirildi.


Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli anlarından biri olan 15 iyun  - Milli Qurtuluş Günü  hər il  kollecdə böyük təntənə  ilə qeyd olunur. Hər il olduğu kimi stend və guşələr  bu tarixi  günə həsr olunmuş  divar qəzetləri  və plokatlarla  bəzədilmişdi. İyunun 11 də  kollecin Heydər Əliyevin adına  İdeoloji mərkəzində  “ 15 iyun – Milli dövlətçiliyimizin  möhkəmləndirilməsi mərhələsinin başlanğıcıdır” mövzusunda  elmi – nəzəri konfrans keçirildi.  Konfransda giriş sözü  ilə çıxış edən  kollecin direktoru prof. Ə.A.Əyyubov 22 il əvvəl   ölkədə  yaranmış siyasi şəraiti konfrans iştirakçılarına xatırlatdı . 1993 – cü   ildə  parçalanma və vətəndaş müharibəsi  ərəfəsində  olan ölkəmizin məhz  Ulu Öndər H.Əliyevin siyasi dühasi sayəsində  xilas olduğunu  vurğuladı və H.Əliyev misilsiz fəaliyyəti  nəticəsində Azərbaycan dövlətçiliyinin  möhkəmləndiyini  və ölkəmizin dinamik inkişaf yoluna qədəm qoyduğunu bildirdi

         Konfransda kollecin pedaqoqları  Çingiz Nəbiyev  “ Ulu Öndər H.Əliyev Azərbaycan hakimiyyətinə qayıdışı və xiilaskarlıq missiyası”, Aydın Rəhimov “Qurtuluş Hərakatı Azərbaycan  xalqının  böyük inamı və dəstəyi sayəsində mümkün olmuşdur”, Sevda Kərimova “ Dahi liderin ölkədə hakimiyyətsizliyə və separatçılığa son qoyan böyük misiyası , Eldar Dərişov “ Ümummilli liderin dövlətçilik kursu inamla davam etdirilir” mövzularında maraqlı  məruzələrlə çıxış etdilər.

         Konfransın rəsmi  hissəsindən sonra kollecin bədii özfəaliyyət  qrupunun  rəhbəri Aydın Quliyevin  müşayiəti ilə  tələbələrin  ifasında  vətənpərvərlik  mövzusunda nəğmələr səsləndirildi


 
Əlavə edilmə tarixi: 16.06.2015   |   Baxılma sayı: 690

                                

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci