ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





28 May Respublika Günü

Kollecdə Azərbaycan Xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.


Kollecdə Azərbaycan Xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Qruplar tərəfindəndən bu şanlı tarixi günə həsr olunmuş divar qəzetləri  hazırlanaraq stend və guşələrdə  nümayiş etdirilir. Tələbələr arasında “Respublika günü” mövzusunda debatlar təşkil olunmuşdur.  Mayın 27-də isə kollecin H.Əliyev İdeoloji mərkəzində “Şərqdə ilk Demokratik Respublika” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Tədbirə giriş sözü ilə  kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. AXC-nin Azərbaycan xalqının milli dövlətçilik tarixində  xüsusi yer tutduğuna bildirdi. Cümhuriyyətin  yarandığı dövrdə mövcud beynəlxalq  vəziyyəti, AXC-nin  süqutu  səbəblərini  qısa təhlil etdi. Müasir Azərbaycan respublikaının AXC-nın hüquqi varisi olaraq milli dövlətçilik ənənələrinin  şərəflə və uğurla davam  etdirdiyini vurğuladı.

Konfransda kollecin pedaqoqları Eldar Dərişov “İstiqlal Bəyannaməsinin qəbul  edilməsi” , Nazan İdrisova “Azərbaycan Xalq Cümhuriyyətində dövlət  quruculuğu  tədbirləri” , İradə Cəfərova “Azərbaycan Xalq Cümhuriyyətinin erməni  təcavüzünə qarşı mübarizəsi” , Jalə Məmmədova “Ümummili lider H.Əliyevin Milli  Təhlükəsizlik siyasəti və onun İlham Əliyev tərəfindən  uğurla davam  etdirilməsi” və Xəyalə Abbasova “Müstəqil Azərbaycan Respublikasının varislik prinsipləri İşƏliyev tərəfindən uğurla davam etdirilir”  mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər. Konfransın  sonunda Ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi  ilə hazırlanmış ədəbi-bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.


 
Əlavə edilmə tarixi: 04.06.2015   |   Baxılma sayı: 918

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi
Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci