ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevirdə keçirilən Gül bayramında iştirak etdi

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümü münasibəti ilə Mingəçevirdə şəhərmiqyaslı silsilə tədbirlər keçirilir


Ulu Öndər  Heydər Əliyevin  anadan olmasının 92 – ci ildönümü münasibəti ilə  Mingəçevirdə  şəhərmiqyaslı  silsilə  tədbirlər  keçirilir. Ulu Öndərin anadan olduğu 10 may tarixində isə ölkənin hər yerində  olduğu kimi  Mingəçevirdə də möhtəşəm       “Gül bayramı”  keçirildi . Bayram tədbiri ümummilli liderin abidəsi önünə  gül dəstələri qoymaqla xatirənin anılması ilə başladı. Sonra isə  şəhər sakinlərinin sevimli istirahət  məkanı olan  Sahil parkında  təntənəli  bayram tədbiri  keçirildi. Hər  bir müəssisə parkın onlar üçün ayrılmış guşəsində  öz stendlərini  nümayiş etdirirdi. Mingəçevir Turizm Kolleci kollektivinin  bayram hazırlıqları  öz  miqyası və rəngarəngliyi  ilə xüsusi  seçilirdi.

Şəhər İcra Hakimiyyətinin   başçısı  Niyazi Bayramov və şəhər rəhbərliyinin  digər  nümayəndələri  nümayiş olunan yaradıcılıq  işləri ilə tanış olmaq üçün  kollecin  guşəsinə yaxınlaşdılar. Aparıcı  tələbələr şəhər rəhbərliyini salamlayaraq onları kollecin guşəsi ilə tanış olmağa dəvət  etdilər.

Kollecin direktoru, prof Əyyub Əyyubov  onları tələbələrimizin  hazırladıqları əl işləri ilə tanış etdi. Burada  kollecin bütün qruplar tərəfindən gül və çiçəklərlə hazırlanmış  müxtəlif məzmunlu  maket və eksponatlar nümayiş olundu. Həmçinin  kollecin “ Dekorativ  tətbiqi incəsənət  və xalq  sənəti” və “Dizayn”   ixtisaslarında  təhsil alan istedadlı  tələbələrin  əl işlərindən  ibarət “ Ağ – Qara”  adlı sərgi də iştirakçıların  diqqət mərkəzində idi.  Şəhər rəhbərliyi  və qonaqlar  kollecin bədi özfəaliyyət qrup üzvlərinin  ifasında flaşmob musiqi nömrəsi ilə də tanış oldular.  Mingəçevir Turizm Kollecinin  “Gül Bayramı” hazırlıqları özünün rəngarəngliyi, yüksək səviyyəsi,  peşəkarlığı  ilə bayram tədbirinin  iştirakçıları tərəfindən  məmnunluqla qəbul olundu və yüksək qiymətləndirildi.


 
Əlavə edilmə tarixi: 13.05.2015   |   Baxılma sayı: 968

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.

Turizm fənləri üzrə elmi-nəzəri konfrans

Mingəçevir Turizm Kolleci: Maraqlı istirahət
Hər il olduğu kimi, bu il də 2015/16- cı tədris ilini müvəffəqiyyətlə başa vuran Mingəçevir Turizm Kollecinin bütün kollektivi 1 günlük Şəki rayon “Narın Qala” isatirahət mərkəzində 20 iyul 2016-cı il tarixdə istirahətdə olmuşlar

Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.

Xanım Məmmədova f.e.n. Mingəçevir Turizm Kollecinin “Dillər” fənn komissiyasının sədri

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci