ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Ulu öndərin anadan olmasının 92 ildönümünə həsr olunmuş konfrans

Ulu öndər Herdər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə kollecdə silsilə tədbirlər keçirilir.


Ulu öndər Herdər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə kollecdə silsilə tədbirlər keçirilir. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq tələbələr arasında inşa yazı, əl işləri müsabiqələri, diskussiyalar, bilik yarışları təşkil olunur.  Aprelin 6-da isə kollecin H.Əliyev ideoloji mərkəzində “Ümumilli lider H.Əliyev xalqımızın milli sərvətidir” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru prof.Əyyub Əyyubov ulu öndərin həyat və fəaliyyətinin əsas məqamlarını konfrans iştirakçılarına xatırlatdı. Əyyub müəllim ümumilli lideri dünya siyasətinin nəhəng  simalarından biri kimi xarakterizə etdi. Onun fəaliyyətinin tək ölkəmiz  üçün deyil, bütün Qafqaz regionu üçün böyük tarixi əhəmiyyət daşıdığını qeyd etdi. Heydər Əliyevin dövlətçilik kursunun ölkəmizin gələcək inkişaf istiqamətlərini  müəyyənləşdirən xətt olduğunu vurğuladı və onun siyasi irsinin daima  tədqiq edilməli olduğunu bildirdi.

Konfransda kollecin podaqoqları Çingiz Nəbiyev “Dövlətçilik tariximizdə böyük missiyanı gərçəkləşdirən siyasi düma”,  Aynurə Abbasova “Heydər Əliyevin xalqın mənafeyinə xidmət edən ideyaları qalib gəldi”, Elnurə Əhmədova”H.Əliyev dünya  siyasətinin nəhəng şəxsiyyətidir”, Sevda Kərimova “H.Əliyevin mədəni irsimizin inkişafında və tərəqqisində misilsiz xidmətləri”, Aynur Məhərrəmova “Ulu Öndərin daxili və xarici siyasət kursu bu gün İlham Əliyev tərəfindən daha da modernləşdirilir” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.

Konfransdan sonra Ədəbiyyat müəllimi Kifayət Əliyevanın  rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.


 
Əlavə edilmə tarixi: 08.05.2015   |   Baxılma sayı: 357

                                

Paylaş      

SON BAXILANLAR

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi

ПОЗДРАВЛЕНИЕ

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci