ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kollecin tələbələri bilik yarışında I yer tutdular

Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.


Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi. Yarış Azərbaycan Respublikası Prezidenti Gənclər Fondunun və “Azərbaycan Avropa gənclərinin əməkdaşlığı” ictimai birliyinin dəstəyi ilə təşkil olunmuşdu. Bilik yarışında Mingəçevir Turizm Kollecini təmsil edən 6 komanda iştirak edirdi. Kollecin Tələbə-Gənclər təşkilatının rəhbərliyi ilə qurulmuş bu komandaların hər biri 5 üzvdən ibarət idi. Yarışın münsiflər heyəti Mingəçevir şəhərinin qeyri-hökumət təşkilatlarının fəallarından təşkil edilmişdi. Dörd  mərhələdən ibarət  olan bilik müsabiqəsində iştirakçılar ümum təhsil fənləri, məntiq və ümumi dünyagörüş  mövzularına aid suallara cavab  verməli idilər. Maraqlı  m übarizə şəraitində keçən bilik yarışı “Zəka” komandasının qələbəsi ilə  yekunlaşdı. Qalib  komandanın heyəti kollecin tələbələri Seyidov Əmir, Əliyev Ramal , Mirzəzadə  Vüsal, Səhrablı Mehrab və Əhmədov Cəlildən ibarət idi. Final yarışından sonra qaliblər yarışın təşkilatçıları tərəfindən xatirə hədiyyələri ilə təltif olundular.


 
Əlavə edilmə tarixi: 08.05.2015   |   Baxılma sayı: 711

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci