ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci Bakıda “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisində

Bakı Ekspo Mərkəzində aprelin 2-dən 4-dək “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi təşkil olunmuşdur.


Bakı Ekspo Mərkəzində aprelin 2-dən 4-dək “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi  təşkil olunmuşdur.

Dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət “AITF-2015” sərgisi çərçivəsində 80-ə qədər turizm istiqamətini təqdim etdi. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin  dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malaziya, Mərakeş,BƏƏ, Sloveniya, Tailand, Türkiyə,Ukrayna və digər ölkələrdən  ümumilikdə 17 milli qrup iştirak etmişdir. Milli stendlər arasında debütant ölkə Maldiv adaları idi. İştirakçıların coğrafiyası isə 60% xarici və 40% yerli şirkətlərdən ibarət idi. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriylar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri vardı.

2015-ci ilin əsas turizm təmayülü ölkədaxili turizmin davamlı inkişafı olacaq. Sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Turizm Assosiasiyasının (AzTA) himayəsi altında iştirak edən yerli turoperatorlar öz müxtəlif təklifləri ilə çıxış etdilər. AzTA bu il sərgidəki stendini genişləndirərək həm daxili, həm də xarici turizm sahəsində fəaliyyət göstərən Azərbaycanın hər bölgəsindən aparıcı hotel və turizm  agentliklərini  bir araya topladı. Bundan başqa, ölkə bölgələrinin-Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıva Muxtar Respublikası, Qəbələ, Qax, Quba, Zaqatala, Xaçmaz, Şəki,  habelə Sumqayıt şəhər  Mədəniyyət və Turizm İdarəsi, eləcədə Azərbaycanın hüdudlarından kənarda da tanınan qədim İvanovka kəndinin parlaq ekspozisiyaları  Azərbaycanın turizm potensialını nümayiş etdirdi. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi təqdim olundu. AITF sərgisində BEGOC(Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi) Bakı-2015 Avropa Oyunlarına biletlərin  paylanılması barədə məlumat verildi.

Bu il AITF sərgisi sayəsində Argentina, Avstraliya, Dominikan Respublikası, Keniya, Kolumbiya, Malayziya, Maldiv adaları, BƏƏ və Seyşel adaları kimi ekzotik turizm marşrutları yerlı səyahət həvəskarları üçün daha da yaxın oldu. Azərbaycanlı turistlər arasında qədim  Avropa  əvvəlki kimi məşhurdur və buna görə də sərgidə  Bolqarıstan, Çexiya, İsveçrə, Çernoqoriya, Fransa, Xorvatiya, İtaliya, Almaniya və Estoniyanı təmsil edən turoperatorlar uzun stend cərgələri ilə çıxış etdilər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 03.04.2015-ci il tarixdə “Baku Expo Center” sərgi və toplantı mərkəzində aprelin 2-4-tarixində keçirilən, XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2015) ilə tanış oldular. Prezident cənab  İlham Əliyev və Mehriban xanımı Əliyeva yerli müəssisə və şirkətlərin nümayiş etdirdikləri stendlərə və həmçinin kollecin  stendinə baxış keçirdilər.

Bu sərgidə Mingəçevir Turizm Kollecində artıq üçüncü il idi ki, iştirak edirdi. Hər  il olduğu  kimi bu ildə  kollec sərgiyə yüksək səviyyədə hazırlıqlarını  görmüşdü. Kollecin sərgidə iştirakının əsas məqsədi bu təhsil müəssiəsinin fəaliyyəti və turizm sahəsi üzrə peşəkar kadr hazırlığının mövcudluğunu diqqətə çatdırmaq idi. Sərginin açılışını Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev etdi. Cənab Qarayev kollecin stendində də oldu. O, turizm sahəsindəki kadr hazırlığında kollecin rolunun önəmli olduğunu vurğulayaraq, kollecin məzunlarına lazimi köməkliklərin göstəriləcəyini də diqqətə çatdırdı. 3 aprel tarixində isə sərgidə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xanımı ilə birlikdə iştirak etdilər. Əbülfəs Qarayev prezident İlham Əliyevi kollecin stendi ilə tanış etdi, kollecin fəaliyyəti və başqa ölkə kollecləri ilə olan beynalxalq əməkdaşlığı haqqında geniş məlumat verdi. Sərgi keçirilən müddətdə kollec demək olarki, bir çoxlarının diqqət mərkəzində idi. Bir çox dövlətlərin nümayəndələri kollecin tələbələrini ölkələrindəki turizm mərkəzlərində təcrübə keçməsində maraqlı olduqlarını da bildirdilər. Bundan başqa kollecin məzunlarının sərgidə iştirakıçı  qismində olması da Mingəçevir Turizm Kolleci üçün olduqca qürurverici hal idi.


 
Əlavə edilmə tarixi: 28.04.2015   |   Baxılma sayı: 1301

                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci