ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin istedadlı tələbələri

Mingəçevir Turizm Kollecində Ulu öndərimiz Heydər Əliyevin 92 – ci il dönümünə həsr edilmiş Ağ – Qara adlı sərgi təşkil olundu


            Kərimov Vüqar Şakir oğlu 1992 – ci ildə Bakı şəhərində anadan olub. Rəsmə uşaq ikən marağı olan Vüqar  Bakı şəhərində yerləşən Vaqif Mustafazadə  adına  uşaq incəsənət məktəbini  rəssamlıq üzrə bitirdikdən sonra Mingəçevir Turizm Kolecinin Dekorativ  tətbiqi incəsənət  xalq sənəti fakultəsinə  daxil olub. Hal – Hazırda Mingəçevir Turizm Kollecinin IV – kurs tələbəsidir. Mingəçevir Turizm Kollecinin direktoru Ə.A.Əyyubovun təşəbbüsü ilə Dizayn fakültəsinin tələbələri  Məmmədova Lamiyə və Qiyaslı Vəfa  ilə birlikdə sərgiləri təşkil olundu.Bir neçə ay müddətində ərsəyə gətirdiyi  rəsm əsərlərini və əl işlərini Ulu öndərimiz Heydər Əliyevin 92 – ci il dönümünə həsr edilmiş  Ağ – Qara adlı sərgidə nümayiş etdirdi. 

           Qiyaslı Vəfa Allahverdi qızı 1993 – cü ildə Yevlax rayonunda anadan olub. Uşaqlıq illərində rəsmə maraq göstərən Vəfa 2013 – cü ildə Mingəçevir Turizm Kollecinin Dizayn Fakültəsinə daxil olub. Hal – Hazırda  II kurs tələbəsi olan Vəfa 16.04.2015 – cil il tarixində kollecin tələbələri Kərimov Vüqar və Məmmədova Lamiyə ilə birlikdə kollecin direktoru tərəfindən Ulu öndərimiz Heydər Əliyevin 92 – ci il dönümünə həsr edilmiş Ağ – Qara adlı sərgidə öz əsərlərini sərgilədi.

            Məmmədova Lamiyə Rizvan qızı 1997 – ci ildə Gəncə şəhərində anadan olub. Uşaq vaxtlarından rəsmə marağı olduğunu deyən Lamiyə orta məktəbi bitirdikdən sonra  2013 – cü ildə Mingəçevir Turizm Kollecinin  Dizayn fakültəsinə qəbul olub. 16.04.2015 – ci il tarixində Mingəçevir Turizm Kollecinin direktorunun təşəbbüsü ilə Ulu öndərimiz Heydər Əliyevin 92 – ci il dönümünə həsr edilmiş  Ağ – Qara adlı sərgidə kollecin tələbələri Kərimov Vüqar və Qiyaslı Vəfa ilə birlikdə Lamiyənində rəsm əsərləri nümayiş olunub. 


 
Əlavə edilmə tarixi: 23.04.2015   |   Baxılma sayı: 963

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci