ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Tələbələrin fərdi sərgisi

Vaxtaşırı olaraq kollecdə və yaxud şəhərimizin incəsənət mərkəzində qabiliyyətli tələbələrimizin əl işlərindən ibarət sərgilər təşkil olunur


Mingəçevir Turizm Kollecinin “ Dekorativ tətbiqi incəsənət  və xalq sənəti” və “Dizayn” ixtisaslarında  təhsil alan  istedadlı tələbələr mütəmadi olaraq özlərinin əl işləri və rəsm əsərləri ilə kollektivin diqqət mərkəzinə çevrilir. Vaxtaşırı olaraq  kollecdə və yaxud  şəhərimizin  incəsənət mərkəzində  qabiliyyətli  tələbələrimizin  əl işlərindən ibarət  sərgilər təşkil olunur. Aprelin 16  - da DYİ – 18 qrupun tələbəsi Kərimov Vüqarın,  D – 6 qrupunun tələbələri Qiyaslı Vəfanın  və Məmmədova Lamiyyənin “Ağ – qara” adlı mövzuda fərdi  sərgiləri təşkil olundu.  Sərgini açıq elan edən  kollecin direktoru Prof. Əyyub Əyyubov təntənəli  sürətdə qırmızı lenti kəsdi. Daha sonra nümayiş olunan əsərlərə baxış keçirildi. Əsərlərin müəllifi olan tələbələr iştirakçılara  əl işləri, onların məzmunu  barsində  məlumatlar  verdilər. Prof. Ə.Əyyubov çıxış edərək  tələbələrin bu təşübbüsünü yüksək  qiymətləndirdi.  O, tələbələri belə uğurlu sərgi münasibəti  ilə təbrik etdi. “Dekorativ tətbiqi incəsənət” və “Dizayn” ixtisaslarında təhsil alan  tələbələrin  öz istedadlarını  nümayiş etdirməsindən  məmnun qaldığını  qeyd etdi, onların  gələcək yaradıcılıqlarında  uğurlar arzuladı. Sonra  sərgidə əsərləri nümayiş etdirilən  tələbələr  direktorla və sərgi iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər. Sərgi gün ərzində davam etdirildi. Müəllimlər və tələbələr  davamlı olaraq  əsərlərlə  tanış olmaq imkanı qazandılar. 


 
Əlavə edilmə tarixi: 20.04.2015   |   Baxılma sayı: 533

                                

Paylaş      

SON BAXILANLAR

18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər
18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir.

Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı Günü münasibətilə elmi-nəzəri konfrans keçirildi
Mingəçevir Turizm Kollecində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə keçirilmiş açıq dərslər,intellektual bilik yarışması,inşa , rəsm müsabiqələri

Rumuniyanın Braşov şəhərində / In the city of Brashov of Romania

Mingəçevir Turizm Kollecində Əbədiyaşar Liderin əziz xatirəsi anıldı.
Azərbaycan dövlətçiliyinin memari ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi.

Iqtisadçı tələbələr də bilik yarışına qoşuldular.
Kollecdə müxtəlif ixtisasları təmsil edən qruplar arasında keçirilən bilik yarışında mübarizəyə yeni-yeni komandalar qoşulur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci