ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Fransa səfiri Kollecdə

Mingəçevir Turizm Kolleci ölkəmizin ölkəmizin təhsil müəssisələri içərisində özünün geniş beynəlxalq əlaqələri ilə seçilən məktəblərdən biridir.


Mingəçevir Turizm Kolleci ölkəmizin ölkəmizin təhsil müəssisələri içərisində özünün geniş beynəlxalq əlaqələri ilə seçilən məktəblərdən biridir. Aprelin 7-də bu səpkidə olan təcrübələr sırasına daha bir əlamətdar hadisə əlavə olundu. Fransanın Azərbaycan Respublikasındakı səfiri cənab Pascal Mönie Mingəçevirə səfər proqramı çərçivəsində kolleci ziyarət etdi,tədris prosesi və kollecin maddi-teniki vəsaiti ilə tanış oldu. Fəxri qonağı kollecin direktoru  prof. Ə.Əyyubov  və rəhbər heyətin digər nümayəndələri qarşıladılar. Cənab səfir kollecin tədris korpusu,ixtisaslaşdırılmış fənn kabinetləri, informatika mərkəzi, linqofon otağı ilə tanış edildi. Daha sonra qonaqla qarşılıqlı əməkdaşlıq mövzusunda faydalı fikir mübadiləsi aparıldı. Prof. Ə.Əyyubov Fransa səfirinə  kollecin yaranma tarixi,tədris olunan ixtisaslar, təhsil sahəsində əldə olunan  beynəlxalq əməkdaşlıq təcrübəsi barəsində məlumat verdi.Cənab  səfir kolleclə tanışlıqdan , əldə etdiyi təəssüratdan məmnun  olduğunu bildirdi.MTK-ya tədris prosesi və beynəlxalq əlaqələr sahəsində daha böyük uğurlar əldə etməyi arzuladı.Cənab səfir  kollecin beynəlxalq təcrübəsinin genişlənməsi baxımından  müəyyən  faydalı təkliflər də irəli sürdü.Xüsusilə də, kollecə təcrübəli fransız dili müəlliminin ezam olunması, Fransanın qabaqcıl kolleclərindən biri ilə MTK –nın əməkdaşlığının yaradılması  təklifləri kollec  rəhbərliyi tərəfindən razılıqla qarşılandı. Fransa səfiri  bizim kollecdən  xoş təəssüratlarla ayrıldı.


 
Əlavə edilmə tarixi: 09.04.2015   |   Baxılma sayı: 540

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Ekskursiya
2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci